1974-cü il fevral ayının 11-də Bakı şəhərində anadan olmuşdur.
1981-1991-ci illərdə Bakı şəhəri, Nərimanov r-nu 207 saylı orta məktəbdə təhsil almışdır.
1991-1996-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
1996-cı ildən «Ticarət» kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
2006-cı ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildə AAK tərəfindən iqtisad elmləri namizədi alimlik dərəcəyə layiq görülmüşdir.
2017-ci ildən fakültə Həmkarlar Təşkilatının sədri vəzifəsinə seçilməsi ilə əlaqədar “Biznes və menecment” fakültəsinin Elmi Şurasının tərkibinə üzv seçilmişdir
2019-cı ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüşdür.
2022-ci ildən “Biznes və logistika” kafedrasının dosenti vəsifəsində çalışır.
13 oktyabr 2022-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və logistika” kafedrasının ictimai əsaslarla müdir müavini vəzifəsinə təyin edilmişdir.
Türkiyənin Haccettepe, Qazi və Hacı Bayram Vəli universitetlərinə işgüzar səfərdə iştirak etmişdir.
27 fevral 2006 cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 75 illiyi münasibətilə və Həmkarlar İttifaqının işində fəal iştirakına görə Azərbaycan Həmkarlar Konfederasiyası tərəfindən Fəxri Fərmanla təltif edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ə.Muradovun 26 noyabr 2020 ci il tarixli əmrinə əsasən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərini və əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiklərini nəzərə alaraq, UNEC-in 90 illik yubileyi münasibətilə UNEC-in Fəxri Fərmanı ilə təltif edilib
01.05.2021 Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubileyi munasibeti ile “Yubiley döş nişanı” ilə təltif olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ə.Muradovun 08.06.2022ci il tarixli əmrinə əsasən UNEC Günü ilə əlaqədar Universitetin həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ə.Muradovun 19.06.2023cü il tarixli əmrinə əsasən Universitetin həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilib
Dərsliklərin, dərs vəsaitlərinin, proqramların yazılmasında və tərcümə edilməsində iştirak etmişdir. 30-dan çox elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.