Azərbaycanın davamlı inkişaf konsepsiyasına keçidinin konseptual əsasları və prioritetləri.


Creative Commons License

Pənahova G.

DAYANIQLI İNKİŞAFIN YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ, vol.1, no.1, pp.90-95, 2022 (SCI-Expanded)

Qısa məlumat

Məqalədə dünya təcrübəsinə əsaslanaraq davamlı inkişafa keçid konsepsiyasının təmin edilməsi, bütünlükdə insan fəaliyyət göstərdiyi bütün sahələri iqtisadi davamlılıq, sosial davamlılıq, ekoloji davamlılıq, habelə indiki və gələcək nəsillərin maraq və mənafeləri nəzərə alınaraq elmimetodoloji baxımdan araşdırılaraq dəyərləndirilir və bu zaman xüsusi qeyd olunur ki, inkişafı müəyyən edən amillərin xarakterindən, strukturundan asılı olaraq neqativ meyllər də müşahidə olunur ki, bu da özünü “Gələcəyi olmayan inkişaf”, qeyri bərabər inkişaf formasında təzahür edir. Çünki, bəzi hallarda iqtisadi inkişafın nəticəsində təbii ehtiyatların tükənməsi, ətraf mühitin çirklənməsi, demoqrafik balansın pozulması halları da müşahidə olunur. Azərbaycanın konkret faktiki materiallarının təhlili əsasında belə qənaətə gəlinir ki, son 10 illikdə ölkədə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktura, əhalinin sosial rifahının yaxşılaşması səviyyəsi, habelə normativ - hüquqi qanunvericilik və institusional baza davmlı inkişaf konsepsiyasına keçidi əməli bir problem kimi qarşıya qoymağa imkan verdi. Daha sonra ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyəti və mövcud imkanlar daxilində hərəkətə gətirilə bilən start vəziyyəti və imkanlarının GZİTtəhlili əsasında 360 dərəcəli diaqnostikası əsasında ölkəmizin malik olduğu resurslar balansı, onlardan istifadə dərəcəsi və mövcud şəraitdə hərəkətə gətirilə bilən potensial dəyərlədirilmiş, yaxın gələcək üçün milli iqtisadiyyatın başlıca prioritetləri, məqsədləri, hədəflərini müəyyənləşdirməyə cəhd edilmiş, eyni zamanda sosial-iqtisadi proseslərin tənzimlənməsinin mövcud forma, metod, prinsip, vasitələrinin mexanizmlərinin ölkəmizdə yaxın gələcəkdə iqtisadi, sosial, demoqrafik, ekoloji, humanitar və institusional inkişafının səmərəli reallaşdırılması ilə bağlı konkret təkliflər və tövsiyyələr irəli sürülür.