Qismət Elçin
oğlu Rüstəmov 1986-cı ildə Bakıda doğulub.
"Odlar Yurdu”, "Xəzər”, “Qafqaz” və “Bakı Slavyan
Universitet”lərində müəllim işləyib. DAHA TV-nin təsisçilərindən biridir. Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının 05.06.2025-ci il tarixli qərarı ilə Rüstəmov
Qismət Elçin oğluna filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi
verilmişdir.
Şeir kitabları
2010-cu ildə
“525 kitab” seriyasından “Vitrin“ ;
2011-ci ildə isə
“Qanun” nəşrlər evinin “Ən yeni ədəbiyyat”
seriyasından “Meqapolis Hüznləri” adlı
şeir kitabları çapdan çıxıb.
2020-ci ildə
“Qanun” nəşrlər evində seçmə şeirlərdən ibarət “Qumru əlifbası” adlı
kitabı çap edilib
Esselər:
2016-cı ildə Azərbaycan
Yaradıcılıq Fondunun Kitabxanası seriyasından “Gələcəyin tarixi” adlı esselər kitabı çap olunub.
Tərcümələr:
2014-cü ildə
onun tərcüməsində “Rixard Vaqner. Mənim
həyatım” memuarı (Rəqibə Nazimqızı ilə birlikdə);
2016-cı ildə Enrike Vila Matasın “Bartlbi və çevrəsi”
romanı (Nicat Məmmədovla birlikdə);
2017-ci ildə Azərbaycan
Yaradıcılıq Fondunun kitabxanası seriyasından Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” ;
2017-ci ildə
“Alatoran yayınları”ndan dünya ədəbiyyatdan seçmə esselərin toplandığı “Ədəbiyyatsız
dünya” antologiyası;
2018-ci ildə isə
görkəmli Moldova şairi Arkadi
Suçevyanunun “Qağayı ilə göndərilən məktub” şeirlər kitabı (Səlim
Babullaoğlu ilə birlikdə);
2018-ci ildə
TEAS PRESS nəşriyyatında onun tərtibçisi və önsözünü yazdığı “Edqar Podan Etqar Keretə: 32 müəllif 32
hekayə” adlı hekayə antologiyası çapdan çıxıb.
2020-ci ildə
“Qanun” nəşriyyatında tərtibçisi olduğu “The
Paris review müsahibələri” kitabı çapdan çıxıb.
Mükafatlar:
2011-ci ildə
Gürcüstan Yazıçılar Birliyini təsis etdiyi "Vaja
Pşavela adına beynəlxalq poeziya mükafatı"na layiq görülüb.
Konfranslar:
2011-ci ildə
Moskvada, Peredelkinoda keçirilən Birinci Beynəlxalq Gənc Yazarlar Konfransında
iştirak edib.
2012-ci ildə isə
Türkiyənin Elazığ şəhərində “Xəzər şeir axşamları” Beynəlxalq Poeziya
Festivalında iştirak edib.
2018-ci ildə Moldovada “Avropa şairlər baharı” festivalında iştirak edib.
2024-cü ildə İstanbulda keçirilən, Azərbaycanın fəxri qonaq olduğu "Beynəlxalq kitab yarmarkasın"da iştirak etmişdir.
2025-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən "Çin Beynəlxalq kitab yarmarkası"nda çıxışçı olmuşdur.
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/qismet.rustamov