General Information

Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Iqtisadiyyat Kafedrası
WoS Research Areas: Law
Avesis Research Areas: Law
Metrics

Publication

5

Open Access

1
Biography

Rahim Şirqazi oğlu Mürsəlov 1977-ci il yanvarın 15-də İmişli şəhərində anadan olub. 

1994–1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.

1998–2000-ci illərdə eyni akademiyada magistratura təhsilini tamamlayıb. 2007-ci ildən UNEC-in “Menecment və sahibkarlıq” kafedrasında menecment ixtisası üzrə dissertantdır.

2002-ci ildən “İqtisadi hüquq” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Hazırda “İqtisadiyyat” kafedrasının baş müəllimi və "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekan müavinidir.

Nailiyyətlər və təltiflər

  AR Təhsil Nazirinin 25 noyabr 2020-ci il Əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə

  2018 - "İnter Arena" stadionunda keçirilmiş Məzun Gününün təşkilində fəal iştirakına görə  Fəxri Fərman

  2022, 2024 - "UNEC Günü" ilə əlaqədar universitetdə fəal iştirakına görə Təşəkkürnamə

 2022 - "Teknofest Azerbaycan" festivalında iştirak edən "UNEC İqtisadiyyat 3" komandasına mentorluq etdiyi üçün Təşəkkürnamə

 2025 UNEC-in 95 illik yubileyi münasibətilə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə fəxri fərman