25.11.1975-ci ildə Gədəbəy rayonunda anadan olub. 1993-1997-ci ilərdə Azərbaycan Texniki
Universitetinin “Avtomatika və Hesablama
Texnikası” fakültəsində bakalavr, 1997-199-cu illərdə isə həmin fakültədə
magistratura təhsili almışdır. 1999-cu
ildə “Avtomatika və Hesablama Texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisası
üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası,
Fizika İnstitutunun aspiranturasında təhsil almışdır.
2003-2004-cü illərdə DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdçüsü
olmuş və Almaniya Federativ Respublikası, Bremen Universitetində elmi-tədqiqat təcrübəsi
keçmişdir.
2007-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının,
Fizika institutunda “01.04.04-fiziki elektronika” ixtisası üzrə namizədlik dissertasiya
işini müvəffəqiyyətlə müdafiə edərək, Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı
ilə fizika-riyaziyyat elmləri namizədi alimlik
dərəcəsinə layiq görülmüşdür.
2004-2014-cü Azərbaycan MEA H.M.
Abdullayev adına Fizika İnstitutunun, “Epitaksial təbəqələr və
strukturlar” laboratoriyasında elmi
işçi, böyük elmi işçi, 2014-cü ildən isə
0,5 ştat böyük elmi vəzifəsində çalışır.
2014-cü illdən Azərbaycan
Texniki dosentidir. 2022-ci ildən “Mühəndislik və Tətbiqi elmlər”
kafedrasında 0.5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışır.
Bir
çox Respublika və Beynəlxalq elmi
Konfransların iştirakçısı olmuş, xarici və yerli elmi jurnallarda dərc olunmuş
100 artıq elmi əsərin müəllifidir.
- Elektron poçt
- rafig_sadigov@unec.edu.az
- Digər E-poçt
- rafiq.sadiqov@aztu.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/rafig_sadigov