Məhərrəmov Rəşad Rəhim oğlu- 1984-cü ildə
Bakı şəhərində ziyalı ailəsində anadan olub. İbtidai sinfə Nizami r-nu 70 saylı
pilot məktəb-liseyində getmiş, 2001-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin
ildə, Bakı Dövlət Universitetinin Tarix fakultəsi, Regionşünaslıq (Qafqaz
ölkələri üzrə) ixtisası üzrə əvvəlcə bakalavr, daha sonra həmin ixtisas üzrə
təhsilini magistratura pilləsində davam etdirmişdir. 2007-ci ildə hər iki
təhsilini fərqlənmə diplomu ilə bitiribdir.
2007-2008 ci ildə həqiqi hərbi xidmətdə
olub.
Əmək fəaliyyətinə 2002-ci ildən başlayıb.
2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
çalışıb. Burada çalışdığı müddətdə əvvəlcə “Beynəlxalq əlaqələr” şöbəsində
mütəxəssis, daha sonra “İnzibati idarəetmə” fakultəsində baş mütəxəssis olaraq
fəaliyyət göstərib. 2014 cü ildə Akademiyanın “Politologiya və siyasi idarəetmə”
kafedrasının doktorantı olmuş, 2017 ci ildə 5904.01 –“Siyasi institutlar və
sistemlər” ixtisası üzrə fəlsəfə doktorluq proqramını başa vurmuş, 2019 cu ildə
siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Dövlət İdarəçilik Akademiyasında çalışdığı müddət ərzində, Dövlət
idarəçiliyi sahəsində Almaniya – GİZ Təşkilatının və Sinqapur Li Kuan Yu Milli
Universitetinin Azərbaycanda təşkil etdiyi beynəlxalq layihələrin iştirakçısı
olubdur.
O, 2014 cü ildən Azərbaycan Dövlət İqtisad
Universitetində (UNEC) çalışır. Əvvəlcə “Tədris Metodiki Mərkəz”də böyük
mütəxəssis, 2019 cu ildə UNEC Biznes Məktəbi “İqtisadiyyat və idarəetmə”
kafedrasında tam ştat müəllim və proqram-ixtisas rəhbəri olmuşdur. 2021 ci
ildən UNEC in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri
vəzifəsində çalışır.
Hazırda həmin kafedranın baş müəllimidir.
Tədris fəaliyyətinə 2013-cü ildən
başlamış, əvvəlcə Qərbi Kaspi Universitetində saathesabı,
Dövlət İdarəçilik Akademiyasında 0.5 ştat əvəzçiliklə müəllim olaraq
çalışmışdır. Tədris etdiyi fənnlər: Müasir siyasi sistemlər, Müasir
diplomatiya, Liderlik və təşkilati davranış, Strategiya, təşkilat, innovasiya,
Yumşaq bacarıqlar, Karyera planlaması, İctimaiyyətlə əlaqələr və s. olmuşdur.
14 dən çox elmi məqalənin, 1 dərslik, 3 fənn
proqramının müəllifidir. SCOPUS bazasında indekslənən 1 elmi məqaləsi var.
Bununla yanaşı R.R.Məhərrəmov, Təhsildə
Keyfiyyət Təminatı Agentliyi PHŞ-da Ali təhsil müəssisələrinin akkreditasiya
olunması üzrə ekspert komissiyanın üzvüdür.
UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən
İsrail və Azərbaycanda baş tutan ”Təlimçilərin təlimi – Soft Skills” adlı
layihədə iştirak etmiş və bu sahə üzrə kvalifikasiyalı təlimçi
sertifikatının sahibidir.
Təlimçi olaraq, UNEC də 500 nəfər inzibati
və professor-müəllim heyətinə “Soft skills” üzrə təlimlərin verilməsində
iştirak etmişdir.
O, həm də ASAN İnnovasiyalar Mərkəzinin və
UNEC-lə eləcə də digər nüfuzlu Universitetlərlə tərəfdaşlıq çərçivəsində
reallaşdırılan “Gələcək üçün Bacarıqlar” layihəsinin UNEC üzrə kordinatoru və
mentorudur.
Bu layihə müddətində iştirakçı komandalara
bir sıra mövzular üzrə təlimlər vermiş və mentorluq etmişdir.
Onun mentorluq etdiyi 2 layihə:
“Hydroponics” və “MySa” “Gələcək üçün bacarıqlar” layihəsinin 8/1 final
mərhələsinə qədər yüksəlmişdir.
O, həm də İRİA-nın (İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyi) təşəbbüsü və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata
keçirilən “Viveka Mentorluq Proqramı”nın iştirakçısı olmuş və proqramı uğurla
başa vurmuşdur.
O, Azərbaycan Dövlət İqtisad
Universitetinin “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri, Siyasi
elmlər üzrə fəlsəfə doktoru və kafedranın baş müəllimidir.
Türk, rus və ingilis dillərini bilir.
Ailəlidir, üç
övladı var.
- rashad_maharramov@unec.edu.az
- Web Page
- https://avesis.unec.edu.az/rashad_maharramov
- Office Phone
- +994 124407985
- Office
- Bakı şəhəri, A.Səhhət 45 A