Mən,
Muradov Rəşad Şahbaz oğlu 1966-cı ildə Bakı şəhərində anadan olmuşam, milliyətcə azərbaycanlıyam.
1983-cü ildə 20 nömrəli orta məktəbi bitirərək, D.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı Institutunun «Uçot-iqtisad» fakultəsinə daxil olmuşam. 1985-1987-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə
olmuşam.
1989-cu
ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə - Iqtisad Institutunun Bakı filialının
(indiki Azərbaycan Dövlət Iqtisad Universiteti) Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirərək
«Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» ixtisasına yiyələnmişəm. Həmin
ildə mən M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına
(«Siyasi iqtisad» ixtisası üzrə) daxil olmuş və 1992-ci ildə vaxtından xeyli əvvəl
namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik
dərəcəsinə layiq görülmüşəm.
Əmək
fəaliyyətinə RSFSR-in Ali Təhsil Nazirliyinin təqdim etdiyi 155 №-li vəsiqəyə əsasən,
gənc mütəxəssis kimi həmin institutun «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasında
laborant vəzifəsində başlamış, tezliklə rektorun təşəbbüsü və əmri ilə «Siyasi iqtisad»
(indiki Iqtisadi nəzəriyyə) kafedrasına laborant vəzifəsinə keçirilmiş və 14 il
ərzində əvvəlcə baş laborant, sonra baş müəllim və dosent vəzifələrində çalışmışam.
30 yanvar 2003-cü il tarixində Azərbaycan Elmi Tədqiqat
Kənd Təsərrüfatının Iqtisadiyyatı və Təşkili Institutunda doktorluq dissertasiyasının
müdafiəsi üzrə yaradılmış birdəfəlik
ixtisaslaşdırılmış şurada doktorluq dissertasiyasını
müdafiə etmiş
və Ali Attestasiya Komissiyasının 09 iyul 2003-cü il tarixli qərarı ilə iqtisad
elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşəm.
2003-cü
il iyunun 20-dən rektorun 30/3 əmri ilə «Biznes Inzibatçılığı» və Türk Dünyası Işlətmə
fakultələrində dərs yükü yerinə yetirmək üçün öz ştat vahidimlə «Idarəetmənin təşkili»
kafedrasına dosent vəzifəsinə keçirilmiş, daha sonra (rektorun 19.01.2004-cü il tarixli
04/3 saylı əmri) universitetin Elmi Şurasında yekdilliklə həmin kafedranın professor
vəzifəsinə seçilmişəm.
2003-cü
il sentyabrın 1-dən rektorun 52/3 saylı əmrinə əsasən «Biznes inzibatçılığı» fakultəsinin dekan müavini
vəzifəsinə təyin edilmiş və 17 noyabr 2007-ci ilədək «Biznes inzibatçılığı» fakultəsinin
dekan müavini, sonra isə «Idarəetmənin təşkili» kafedrasının müdir əvəzi vəzifələrində
çalışmışam.
2008-ci
ilin sonlarından rektorun əmri ilə «Idarəetmənin təşkili» və «Biznesin təşkili»
kafedralarının bazasında yeni yaradılmış «Biznes inzibatçılığı» kafedrasında professor vəzifəsində çalışmış
və 2012-ci ilin yanvarın 27-dən rektorun 09/3 saylı əmrinə əsasən «Biznes inzibatçılığı»
kafedrasının 0,5 ştat əvəzçiliklə professoru vəzifəsində saxlanılmaqla,
«Biznes inzibatçılığı» fakultəsinin qiyabi təhsil üzrə dekan müavini vəzifəsinə
təyin edilmişəm.
«Qiyabi
təhsil alan tələbələrin köçürülməsi haqqında» Az.DIU-nun rektorunun 19.05.2014-cü
il tarixli 43/3 saylı əmrinin icrası ilə əlaqədar olaraq 02 iyun 2014-cü il tarixli
və 52/3 saylı əmrlə «Biznesin idarə edilməsi» kafedrasının tam ştat professoru vəzifəsinə
keçirilmişəm.
Mən,
əmək fəaliyyətimə başlayandan bu günədək ölkənin bir sıra ali məktəblərində saat
hesabı qaydada tədris yükü aparmış, habelə Azərbaycan BPKIA və YHI-də, TASIS proqramının
xətti ilə Irlandiya Respublikasının Dublin (1994-cü il) və Niderland Krallığının
Amsterdam Universitetlərində (MBA proqramı üzrə- 1996-1998-ci illər) ixtisasımı
artıraraq müvəffəqiyyətlə
Biznes
Inzibatçılığı Magistraturasını bitirmişəm.
2006-cı
ilin aprel ayından 2011-ci ilin dekabrınadək Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasının Iqtisad və Hüquq elmləri üzrə ekspert şurasının,
eyni zamanda ADIU-nun Elmi Şurasının üzvü olmuşam.
2008-ci
il noyabrın 14-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının
kollegiyasının iclasında qəbul edilmiş yekdil qərarla (protokol № 16-R) mənə professor
elmi adı verilmişdir (professor attestatı – PR №0847).
Hal-hazırda mən Azərbaycan
Dövlət Iqtisad Universitetinin «Biznes və logistika” kafedrasının tam ştat professoru vəzifəsinə çalışıraraq, elmi-pedaqoji
kadrların hazırlanmasında da yaxından iştirak edirəm. Bu vaxta
kimi mən, 5 elmlər doktorunun rəsmi opponenti olmuş və 4 iqtisad elmləri üzrə fəlsəfə
doktorunu hazırlamışam. Hal-hazırda 3 aspiranta, 3 dissertanta və 4 magistrə rəhbərlik
edirəm.
Mən 122 elmi-metodiki əsərin müəllifiyəm ki,
bunların da bir çoxu Azərbaycanın, Türkiyə Cümhuriyyətinin, Isveçin, Rusiya Federasiyasının,
Belarus Respublikasının nüfuzlu nəşriyyatları tərəfındən çap olunmuşdur. Mən dissertasiya
mövzusuna aid 65-dən çox elmi əsərin müəllifiyəm. Bunlardan aşağıdakıları qeud
etmək olar:
1. «Iş qüvvəsinin təkrar istehsalı: nəzəri-metodoloji
və sosial-iqtisadi aspektlər» (monoqrafiya), Bakı, 1995, (9,0 ç.v.);
2. «Müasir
mərhələdə yeni iqtisadi sistemə keçidin qanunauyğunluqları və problemləri» (Kollektiv
monoqrafiya), Azərbaycan Respublikası EA-nın Iqtisadiyyat Institutu,«Elm» nəşriyyatı,
Bakı, 1998, XVII fəsil, ISBN5-8066-0991;
3. «Müasir şəraitdə Azərbaycan Respublikasında əmək
bazarı problemləri, (Monoqrafiya), Bakı, «Elm», 2000, (22,5 ç.v.);
4. «Postsosialist cəmiyyət və sosial siyasət:
vəzifələr, ziddiyyətlər və mexanizmlər», Beynəlxalq kollektiv monoqrafiya,4 və
5-ci bölmələr, Moskva, 2001; (1,3 ç.v.- rus dilində);
5. «Azərbaycanda əmək bazarının formalaşmasının xüsusiyyətləri
və məşğulluq siyasəti», «Mərkəzi Asiya və Qafqaz» ictimai-siyasi jurnal, Stokholm
(Isveç), №4, 2001-Ingilis və rus dillərində;
6. «Postsovet dövründə
Azərbaycanda əmək bazarı problemləri», «SSRI-nin süqutu: 10 il sonra» Beynəlxalq
Elmi Konfrans, Moskva, 2001-ci il;
7. «Azərbaycanın
iqtisadi potensialı və investisiya imkanları», «Türk Cümhuriyyətlərində
yatırım imkanları» sempoziumu, Istanbul, 27-30 noyabr 2004;
8. «Azərbaycanda
yatırım imkanları, xarici ticarət strategiyası və Türkiyə», 1-ci Beynəlxalq Türk-Asiya
konqresi, Istanbul, 25-26 may 2006-cı il;
9. «Azərbaycanda
institutsional islahatların təhlili və qiymətləndirilməsi», «AMEA-nın xəbərləri» jurnalı, (Iqtisadiyyat seriyası),
«Elm», Bakı, 2006, № 1, səh. 55-64;
10. «Institutsional islahatların iqtisadi idarəetmədə rolu»,
«AMEA-nın xəbərləri» jurnalı, (Iqtisadiyyat seriyası),
«Elm», Bakı, 2007, № 1,səh. 55-64.
11.«Demoqrafik proseslərin dəyişilməsi meylləri və
onların əhalinin əmək quruluşunun formalaşmasına təsiri», AMEA-nın Iqtisadiyyat Institutu, Milli iqtisadiyyatın
problemləri (məqalələr toplusu),1 buraxılış, Bakı, «Elm»-2008, səh.412-420.
12.«Respublikada ixtisaslı kadr hazırlanmasının nəzəri-metodoloji
əsasları», AMEA-nın Iqtisadiyyat
Institutu, Milli iqtisadiyyatın problemləri (məqalələr toplusu),1 buraxılış, Bakı,
«Elm»-2009, səh.412-420.
13. «Azərbaycanda innovasiyalı cəmiyyət vz onun inkişafını
şərtləndirən amillər»; AMEA-nın Iqtisadiyyat Institutu, Milli iqtisadiyyatın problemləri
(məqalələr toplusu),1 buraxılış, Bakı, «Elm»-2010.
14. «Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin
inkişafında Türkiyənin rolu»; Türk Dünyası Sosial Bilimlər Konqresi Tebliğleri,
1-ci cild, Istanbul, 2011
15.«Innovasiyalara əsaslanan iqtisadi
inkişafda məşğulluğun təmin edilməsinin əsas istiqamətləri»; «AMEA-nın xəbərləri» jurnalı, (Humanitar
və ictimai elmlər seriyası - Iqtisadiyyat), «Elm», Bakı, 2013
16. «Davamlı inkişaf konsepsiyası və
korporativ sosial məsuliyyət»; “II Biznes inzibatçılığı və korporativ sosial məsuliyyət”
Beynəlxalq elmi – praktik konfransın materialları, Bakı, 30 aprel 2014; səh.146
17.“Milli innovasiya sistemi və əqli
əməyin səmərəliliyinin yüksəldilməsi”, AMEA-nın Iqtisadiyyat Institutu, Milli
iqtisadiyyatın problemləri (məqalələr toplusu), 1-ci buraxılış, «Elm», Bakı,
2015
18.“İnnovaiyalara əsaslanan iqtisadi inkişafda məşğulluğun yeni tipinin
formalaşması”, AMEA-nın Iqtisadiyyat Institutu, Elmi
əsərlər,6-cı buraxılış, Bakı, «Elm»-2016
19.“İnsan kapitalı, onun formalaşması, inkişafı
və keyfiyyətcə qiymətləndirilməsinin elmi-nəzəri və konseptual əsasları”, «AMEA-nın xəbərləri» jurnalı, Iqtisadiyyat seriyası, N-1, «Elm», Bakı, 2016
20.“Demoqrafik işsizlik: yaranma səbəbləri, xüsusiyyətləri və nizamlanması
istiqamətləri”, «AMEA-nın xəbərləri» jurnalı,
Iqtisadiyyat seriyası, N-2, «Elm», Bakı, 2016
21.“Yoxsulluq, rifah və fərdlərin istehlaka meyilləri haqqında Enqus Ditonun
konseptual baxışları”, «AMEA-nın
xəbərləri» jurnalı, Iqtisadiyyat seriyası, N-4, «Elm», Bakı,
2016
22.“İnnovasiyalı məşğulluq: onu
şərtləndirən amillər və göstəricilər”, «AMEA-nın xəbərləri» jurnalı, Iqtisadiyyat seriyası, N-5, «Elm», Bakı, 2016
23.“Davamlı inkişafın təmin edilməsində milli innovasiya sistemi və
intellektual əməyin səmərəliliyi”, AMEA-nın
Iqtisadiyyat Institutu, Elmi əsərlər,1-ci buraxılış, Bakı, «Elm»-2017
24.“İşsizlik və insan kapitalından istifadənin bəzi aktual məsələləri”, AMEA-nın
Iqtisadiyyat Institutu, Elmi əsərlər, 2-ci buraxılış, Bakı, «Elm»-2017
25. “Creating jobs of a new type
of employment in modern times”, Eurasian Academy of Sciences Eurasian Business & Economics Journal, Vol.14, 2018, p.p. 41-46.
26.“Providing
the continuity of development and intellectual responsibility”, Eurasian Academy of Sciences Eurasian Business & Economics Journal, Vol.14, 2018, p.p.47-55.
27.“Unemployment
and some issues of use of human capital”, ESD - 37-th
International Scientific Conference on Economic and Social Development
–"Socio Economic Problems of Sustainable Development", 14-15 february
2019, Baku, pp.539-547 (WoS)
28.“Study of human capital development: economic
indicators and environmental quality”, “Ekoloji”
(Quarterly Publish. International Journal), Vol.28, issue 107, pp. 495-503,
(e107023), 2019 (WoS)
29.“Employment in the digital economy: “Work-4.0” – a model of labor and
employment of the future”, The first International Conference on Modern
Trends on Digital Economy: Modern Challenges and Real Opportunities, 13-14 February, 2020 / Baku, Azerbaijan
Mən müxtəlif vaxtlarda Türkiyədə, Rusiyada və digər
MDB ölkələrində keçirilən elmi-nəzəri seminar və konfranslarda fəal iştirakımla
özümü bir alim olmaqla yanaşı, həm də bacarıqlı bir təşkilatçı kimi də ictimaiyyətə tanıtmışam.
Mən daim öz obyektivliyim, işgüzarlığım və prinsipiallığım
ilə seçilməklə yanaşı, hər bir vəziyyətdə humanistliyə üstünlük vermişəm. Universitetin
və kafedranın ictimai həyatında yaxından iştirak edirəm. Heç bir mənəvi pozuntulara
yol vermir və iş yoldaşları ilə səmimi münasibətlər qururam. Tələbələrə iqtisadi
biliklərlə yanaşı, mənəvi, siyasi və digər bəşəri bilikləri təlqin etməyi özünə
borc bilir və müəllimlik peşəsini ən şərəfli peşə hesab edirəm.
Ailəliyəm.
Həyat yoldaşım, Muradova Aynur Vələddin qızı,
1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Iqtisad Universitetinin
«Xarici dillər» kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur. AMEA-nın
Dilçilik İnstitutunun doktorantıdır.
Oğlum, Muradlı Nicat Rəşad oğlu, 1998-ci ildə Bakı
şəhərində anadan olmuşdur. AR Dövlət Məşğulluq Xidmətində çalışır. AR Elm və
Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru proqramının
doktorantıdır.
Oğlum, Muradov Suad Rəşad oğlu, 1999-cu ildə Bakı
şəhərində anadan olmuşdur. ABŞ-ın Sent-Luis Universitetində fəlsəfə doktoru
proqramında çalışır.
- Elektron poçt
- rashad_muradov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/rashad_muradov