1955 ilin
iyul ayının 9-da Bərdə rayonun
Kətəlparaq kəndində müəllim
ailəsində anadan olmuşdur.
1972 ildə M.
Əzizbəyov adına Neft
və Kimya instituna
daxil olaraq, 1977 ildən Azərbaycan
SSR Elmlər Akademiyasının Kibernetika
institutunda əmək fəaliyyətinə
başlamışdır. 1988–ci ilin
oktabr ayınadək həmin institutda
çalışmış, Elmlər
Akademiyasının Aspiranturasını
bitirmiş və 1985-ci ildə dissertasiya müdafiə
edərək iqtisad elmləri
namizədi alimlik elmi dərəcəsi almışdır. 1982–1984 illərdə Marksizm–Leninizm Universitetini bitirərək ali
siyasi təhsil, 1990 ildə “baş
elmi işçi “ elmi
adı almışdır.
1988 -1994
illərdə Azərbaycan SSR Dövlət
Plan Komitəsinin ETİİ Elmi
katibi və 1989-cu ildən isə eyni zamanda, həmin institutun“Xarici iqtisadi
əlaqələr” elmi şöbəsinin
müdüri vəzifələrində çalışmışdır.
1994 ildə İqtisadiyyat
Nazirliyinin İqtisadi İslahatlar
Mərkəzinin direktor müavini
təyin olunmuş, 1995-2002 ci
illərdə İqtisadi İslahatlar Mərkəzinin
direktoru olmuşdur. 1999 – 2001
illərdə, Azərbaycan respublikası Nazirlər
kabinetinin qərarı ilə İqtisadiyyat Nazirliyinin
kollegiyasının üzvü olmuşdur.
1998- ci ildən Yeni
Azərbaycan partiyasının üzvüdür.
2002-2008 illərdə Azərbaycan Respublikası
Hesablama Palatasında şöbə
müdüri və Aparatın rəhbəri
vəzifələrində calışmışdır. Baş dövlət qulluğu
müşaviridir.
2009-2015
illərdə ADİU yanında İqtisadi Araşdırmalar Elmi-tədqiqat institunun direktoru
vəzifəsində çalışmışdır. Dəfələrlə
Azərbaycan respublikasının müxtəlif
nümayəndə heyyətlərinin tərkibində, müxtəlif ölkələrdə rəsmi görüşlər,
o cümlədən elmi konfrans və simpoziumlarda iştirak
etmişdir.
2003
ildə iqtisad elmləri
doktoru alimlik dərəcəsi,2010 ildə isə professor elmi adı almışdır. 250-ədək
elmi əsərin, o cümlədən 10
monoqrafiya və dərs
vəsaitinin müəllifi və
həmmüəllifidir. 80-dan çox elmi
əsəri xarici ölkələrdə
dərc olunmuşdur. Onun elmi
rəhbərliyimlə indiyədək 17
nəfər iqtisad üzrə fəlsəfə doktoru alimlik
dərəcəsi almışdır. Hazırda müxtəlif elmi müəssisələr və universitetlərdə
10 doktorantın elmi
rəhbəridir. 1985- ci ildən indiyədək
ölkəmizin bir sıra
nüfuzlu ali məktəblərində əvəzçiliklə
dərs aparmış, 2006-cı ildən
isə Azərbaycan Dövlət
İqtisad Universitetinin professoru
vəzifəsinə seçilmişdir. Ölkəmizdə
və xaricdə keçrilmiş çoxsaylı
elmi konfrans və
simpoziumlarda məruzə ilə çıxış etmişdir. 1999-2003-cü illərdə
İqtisad Əməkdaşlıq təşkilatında(ЕСО)İqtisadi tədqiqatlar üzrə Azərbaycanın Milli
koordinatoru, AR DETK yanında
“İqtisadiyyat”problem Şurasının Sədr müavıni, 2012-2015-ci illərdə AR TN Elmi-Metodiki Şurasının İqtisadiyyat
bölməsinin sədr müavini, “İqtisadiyyat və audit”, AMEA “Xəbərləri (iqtisadiyyat)”, “İqtisad elmləri:
nəzəriyyə və praktika”, “Audit” və
“İqtisadi inkişaf“elmi jurnallarının
redaksiya heyətinin üzvü, ADİU- da nəşr olunan “Geoiqtisadiyyat“
jurnalnın baş redaktorun müavini olmuşdur. 2012-ci ildən Moskvada nəşr olunan Beynəlxalq elmi-iqtisadi“Проблемы
экономики и управления нефтегазовым комплексом” jurnalının redaksiya
şurasının üzvüdür. 1989-cu ildən
indiyədək, Dəfələrlə müxtəlif Elmi və İxtisaslaşdırılmış Müdafiə
Şuralarının üzvü, 2011-2014
illərdə ADİU yanında İA ETİ nəzdində fəaliyyət göstərən D.02.052 saylı Dissertasiya Şurasının
sədri olmuş, 2016- cı ildən
indiyədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvüdür.
2011 ilin 26 sentyabrında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2010-cu ildən Azərbaycan
Beynəlxalq Mühəndis Akademiyasının müxbir üzvüdür. Ailəlidir, üç
övladı var.
Professor Rasim Həsənovun əsas
elmi fəaliyyət istiqamətlərini Azərbaycan iqisadiyyatının və iqtisad elminin aktual
problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri,
milli iqtisadi siyasətin formalaşdırılması, həmçinin makroiqtisadi
tənzimləmə və iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsi, sosial və
regional inkişaf problemləri, maliyyə, büdcə-vergi siyasəti və maliyyə
nəzarəti mexanizminin təkmilləşdirilməsi, iqtisadi təhlükəsizliyin aktual
problemləri, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə
inteqrasiyası və geoiqtisadi əlaqələrin inkişafı, və s kimi aktual, fundamental
və tətbiqi iqtisadi problemlər və məsələlər təşkil edir.
Daima
elmi axtarışlarını nəzəri və təcrübi müstəvilərdə əməli fəaliyyyətlə, o
cümlədən dövlət idarəetmə orqanlarında səmərəli fəaaliyyətlə birləşdirən porofessor R.Həsənov müstəqillik dövründə milli iqtisadiyyatın
ən aktual problemləri üzrə tədqiqatlarını
davam etdirərək, 20- dək elmi, o
cümlədən qrant müsabiqələrində dəfələrlə layihə rəhbəri və iştirakçısı kimi
iri elmi tədqiqat layihələrində iştirak
etmişdir.
Belə layihələrə ilk növbədə:
· AR DETK sifarişi ilə yerinə yetirilmiş “Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual
əsasları” (1998 il) ; “Azərbaycan iqtisadiyyatının dövrü inkişaf
qanunauyğunluqlqrının tədqiqi” (2000 il);
·
AR İN sifarişi ilə müsabiqə qalibi kimi, “Azərbaycan
Respublikasında regional sosial-iqtisadi inkişaf proqramlarının nəticəliliyinin
diaqnostikası və regional iqtisadi inkişaf modelinin formalaşması” (2012 il); Azərbaycanda
aqrar sektorun inkişafının dövlət tərəfindən stimullaşdırılması mexanizminin
qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin
hazırlanması” (2014 il);
· AR Prezidenti
yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsi qalibi kimi -“Azərbaycanda
davamlı inkişafın təmin edilməsində monetar və fiskal siyasətlərin əlaqələndirilməsi
mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə dair təklif və
tövsiyyələrin hazırlanması”(2012 il); "Azərbaycan iqtisadiyyatında
davamlı inkişafın sosial
çağırışları və sosial keyfiyyət
mərhələsinə keçid mexanizminin formalaşdırılması”
"Universitet qrantı" məqsədli müsabiqəsi (2015 il) ;
· İsveçrənin Cənubi Qafqaz üzrə inkişaf və Əməkdaşlıq
Təşkilatınınqrant layihəsi üzrə "Azərbaycan-2020:Gələcəyə Baxış"
inkişaf konsepsiyasının -Azərbaycan iqtisadiy-
yatının rəqabətliliyinin təmin edilməsində struktur islahatlarının
istiqamətləri" (2016 il) ;
· CPPE layihəsi
üzrə "Özəlləşdirmə dövlət aktivlərindən istifadənin səmərəliliyinin
yüksəldilməsi istiqamətləri" üzrə tədqiqatların aparılmasında icraçı
(2016il);
· Avroasiya
Əməkdaşlıq fondunun layihəsi üzrə "Səhmlərinin nəzarət zərfi dövlətə
məxsusu olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə
hesabatlarının dərc edilmə səviyyəsinin qiymətləndirilməsi" (2017il) və s. qeyd edilə bilər.
Professor
Rasim Həsənov, elmi f'aliyyətini hazırda,
Beynəlxalq magistratura və doktoranrura Mərkəzi Elmi Şurasını üzvü və "İqtisadiyyat və idarəetmə"
kafedrasının professoru kimi davam
etdirir. O, eyni zamanda doktorant və magistranlarla fəal iş aparır və onların - iqtisad
elminin aktual nəzəri-metodoloji məsələləri,
dayanıqlı və tarazlı inkişaf, milli iqtisadi siyasətin o cümlədən, maliyyə və
fiskal-monetar siyasətin formalaşdırılması problemləri və s. istiqamətlərdə
tədqiqatlarını istiqamətləndirir.
- Elektron poçt
- rasim_hasanov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/rasim_hasanov