Avropa İqtisadiyyatı Mərkəzi

Xoş Gəlmisiniz!

Avropa İqtisadiyyatı Mərkəzinə xoş gəlmisiniz!

Mərkəzimiz Avropa iqtisadiyyatının strukturu, inteqrasiya prosesləri, iqtisadi siyasətlər və institusional mexanizmlər üzrə elmi-tədqiqat fəaliyyəti həyata keçirir. Biz Avropa İttifaqının iqtisadi modeli, ticarət münasibətləri, maliyyə sistemləri və sosial-iqtisadi inkişaf meyillərinin dərindən təhlilini aparır, regional və qlobal iqtisadi trendlərlə müqayisəli yanaşmalar formalaşdırırıq.

Əsas məqsədimiz – tədqiqatçılar, tələbələr və qərarvericilər üçün Avropa iqtisadiyyatına dair bilik və təcrübə mübadiləsi platforması yaratmaq, bu sahədə müasir çağırışlara elmi yanaşmalarla cavab verməkdir.

Sizi Avropa iqtisadi proseslərini birlikdə araşdırmağa, elmi əməkdaşlıq və analitik təhlillərlə töhfə verməyə dəvət edirik.

Avropa İqtisadiyyatı Mərkəzi – qlobal inteqrasiyada Avropaya elmi baxış.