HAQQINDA:

Analitik-İnformasiya Resursları UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 19 mart 2015-ci il tarixli iclasının 136.4 №-li Qərarı və UNEC rektorunun 598/3/2015 №-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 460/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik  i.f.d. Əhmədova Esmira Mirməmməd qızına həvalə edilmişdir.


MƏQSƏDİMİZ:

Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmaq, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etmək

*
VƏZİFƏLƏRİMİZ:

  • statistik məlumat bazası üçün göstəricilər sisteminin tərtib olunması;
  • müvafiq informasiya mənbələrindən statistik məlumatların toplanması;
  • məlumatların müvafiq bloklar üzrə sistemləşdirilməsi;
  • mövcud məlumatlar əsasında analitik-statistik təhlillərin həyata keçirilməsi;
  • tədris proqramları və tədqiqatların məzmununa müvafiq olaraq ünvanlı elektron resursların formalaşdırılması;
  • kənar istifadəçilər üçün ödənişli əsaslarla informasiya resurslarının, göstəricilər sisteminin, məlumat bazalarının, təhlillərin və müvafiq informasiya sistemlərinin hazırlanması;
  • hüquqi və fiziki şəxslərə ödənişli əsaslarla statistik xidmətlərin göstərilməsi, təsərrüfat subyektlərinin fəaliyyətinin təhlili, proqnozlaşdırılması, müxtəlif istiqamətlərdə statistik-sosioloji sorğuların təşkili, bazar araşdırmalarının və marketinq təhlillərinin aparılması;
  • müxtəlif məlumat bazalarının hazırlanmasında və analitik təhlillərin aparılmasında ödənişli əsaslarla iştirak etmək;
  • çıxış cədvəlləri, yayım formatları və s. ilə bağlı proqram vasitələri üçün təkliflərin hazırlanması;
  • informasiya bazasının strukturu, analitik təhlillər və s. üçün proqram təminatları üzrə məqsədlərin müəyyələşdirilməsi.