Bir kəmər, bir yol Tədqiqat Mərkəzi
UNEC Bir Kəmər, Bir Yol Tədqiqat Mərkəzinə Xoş Gəlmisiniz!
Qlobal iqtisadi əməkdaşlığın və regional inteqrasiyanın mühüm təşəbbüslərindən biri olan “Bir Kəmər, Bir Yol” layihəsi yeni nəqliyyat, ticarət və innovasiya marşrutlarının formalaşdırılmasında strateji rol oynayır. Bu kontekstdə yaradılmış UNEC Bir Kəmər, Bir Yol Tədqiqat Mərkəzi, təşəbbüsün iqtisadi, sosial və siyasi aspektlərini elmi əsaslarla tədqiq etmək məqsədilə fəaliyyət göstərir.
Mərkəzimiz regional əməkdaşlığın dərinləşdirilməsi, logistika və nəqliyyat zəncirlərinin təhlili, ticarət və investisiya imkanlarının araşdırılması istiqamətində analitik və tətbiqi tədqiqatlar aparır. Eyni zamanda, dövlət, özəl sektor və akademik dairələr üçün praktik tövsiyələr formalaşdıraraq, Azərbaycanın təşəbbüsdə fəal iştirakına elmi dəstək verir.
UNEC Bir Kəmər, Bir Yol Tədqiqat Mərkəzinin fəaliyyəti ilə maraqlandığınız üçün təşəkkür edir, sizi tədqiqatlarımız, layihələrimiz və beynəlxalq əməkdaşlıq imkanları ilə yaxından tanış olmağa dəvət edirik.