Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat Təhsil Mərkəzi

Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat-Təhsil Mərkəzinə Xoş Gəlmisiniz!

Müasir elmin kəsişmə nöqtəsində dayanan nanotexnologiyabiokimyəvi toksikologiya sahələri, tibb, əczaçılıq, ətraf mühit və qida təhlükəsizliyi kimi həyati əhəmiyyət daşıyan istiqamətlərdə yeni imkanlar və cavabdehliklər yaradır. Bu çərçivədə fəaliyyət göstərən Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat-Təhsil Mərkəzi, multidissiplinar yanaşma əsasında elmi araşdırmalar aparır və ixtisaslı kadr hazırlığını təmin edir.

Mərkəzimiz nanomaterialların biosistemlərə təsiri, zərərli maddələrin molekulyar səviyyədə təhlili, biotəhlükəsizlik, toksikoloji risklərin qiymətləndirilməsiyeni texnoloji tətbiqlərin inkişafı istiqamətlərində həm fundamental, həm də tətbiqi tədqiqatlar həyata keçirir. Eyni zamanda, beynəlxalq elmi mühitlə inteqrasiya olunaraq qabaqcıl universitetlər və tədqiqat institutları ilə əməkdaşlıqlar qurur, elmi mübadilə və təlim proqramları təşkil edir.

Məqsədimiz elmi biliklərin istehsalata, səhiyyəyə və siyasətə transformasiyasını sürətləndirmək, sağlam gələcək naminə texnologiyanın imkanlarını məsuliyyətlə idarə etməkdir.

Fəaliyyətimizə göstərdiyiniz marağa görə təşəkkür edir, sizi mərkəzimizin tədqiqat istiqamətləri, təhsil proqramları və beynəlxalq əməkdaşlıq imkanları ilə yaxından tanış olmağa dəvət edirik.