Rəqəmsal iqtisadiyyat Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155 №-li Qərarı və UNEC rektorunun 18 aprel 2018-ci il tarixli 296/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 16 noyabr 2018-ci il tarixli 1031/3/2018 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Rəqəmsal İqtisadiyyat və İKT kafedrasının baş müəllimi, r.ü.f.d. Rzayeva Ülviyyə Şahin qızına həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək
*
VƏZİFƏLƏRİMİZ:
Biznes, elm, təhsil və digər birliklərin qarşılıqlı əlaqələrinin və rəqəmsal iqtisadiyyat sahəsində onların ehtiyaclarının müəyyənləşdirilməsi;
Rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafının monitorinqi, rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafı üzrə proqnozların formalaşdırılması, eləcə də rəqəmsal iqtisadiyyatın əsas istiqamətləri üzrə təkliflərin hazırlanması;
Tədqiqat kompetensiyalarının formalaşması: rəqəmsal iqtisadiyyat sahəsində axtarış, tətbiqi tədqiqatlar, qlobal rəqabət qabiliyyətli rəqəmsal texnologiyaların və milli təhlükəsizliyi təmin edən sahələr üzrə texnoloji müstəqilliyin təmin edilməsi
*
HƏDƏFİMİZ:
Rəqəmsal iqtisadiyyat sahəsində innovativ məhsulların populyarlaşdırılması və dəstəklənməsi;
Rəqəmsal iqtisadiyyat sahəsindəki tədqiqatların nəticələrini nəzərə alaraq ali, peşə və ümumi təhsilin təhsil proqramlarının inkişafının təşviqi;
Rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrində dövlət orqanları, tədqiqat və tədris mərkəzləri, şirkətlər, digər maraqlı təşkilatlarla əməkdaşlıq;
Rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar geniş məsələlər üzrə tədbirlərin, o cümlədən beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;