Enerji üzrə Alman-Azərbaycan UNEC Elmi-tədqiqat və Təhsil Mərkəzi haqqında

 

UNEC nümayəndə heyəti 2024-cü ilin dekabr ayında Almaniyanın Anhalt Tətbiqi Elmlər Universitetində səfərdə olublar. Səfər çərçivəsində Universitetin prezidenti professor Jörg Bagdahn və Logistika Menecment Proqramının direktoru professor Markus Holz ilə görüşüblər, UNEC-in infrastrukturu, həyata keçirilən yerli və beynəlxalq layihələr və proqramlar barədə geniş məlumat veriblər. Görüş zamanı müəllim, tələbə mübadiləsi, birgə magistr və bakalavr proqramları, nəşrlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşün nəticəsi olaraq hər iki universitet arasında yeni memorandum imzalanıb, Enerji üzrə Alman-Azərbaycan UNEC Elmi-tədqiqat və Təhsil Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

UNEC EŞ-nın 14.02.2025-ci il tarixli, 220 saylı qərarı və UNEC Rektorunun 07.04.2025-ci il tarixli 288/3/2025 saylı Əmri ilə UNEC Elmi-tədqiqat və Təhsil Mərkəzi yaradılıb.