HAQQIMIZDA:

Ermənistan İqtisadiyyatının Araşdırılması tədqiqat mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155№-li Qərarı və UNEC rektorunun 296/3/2018 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 699/3/2019 №-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Qələndər oğlu Mehdiyevə  həvalə edilmişdir.

MƏQSƏDİMİZ

  • Ermənistan iqtisadiyyatının mövcud vəziyyətinin, inkişaf meyillərinin və struktur xüsusiyyətlərinin elmi şəkildə təhlil edilməsi;

  • Ermənistanın iqtisadi siyasətinin, xarici iqtisadi əlaqələrinin və regional iqtisadi proseslərdə iştirakının tədqiqi və qiymətləndirilməsi;

  • Ermənistan iqtisadiyyatının Cənubi Qafqaz regionuna və xüsusilə Azərbaycan iqtisadiyyatına təsirinin araşdırılması;

  • regionda iqtisadi rəqabət, ticarət, logistika və investisiya mühitinin müqayisəli analizinin aparılması;

  • əldə olunan nəticələr əsasında analitik hesabatlar, tövsiyələr və elmi tədqiqatların hazırlanması;

  • iqtisadi təhlükəsizlik, regional əməkdaşlıq və iqtisadi inteqrasiya məsələləri üzrə ekspert rəyinin formalaşdırılması.