UNEC EMPİRİK TƏDQİQATLAR MƏRKƏZİ

UNEC Empirik Tədqiqatlar Mərkəzinə xoş gəlmisiniz!

Mərkəzimiz, iqtisadi və sosial sahələrdə elmi əsaslara söykənən empirik tədqiqatların aparılması, faktlara və məlumatlara əsaslanan analitik yanaşmaların inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Burada riyazi modellər, statistik üsullar və məlumat təhlili vasitəsilə real iqtisadi proseslər araşdırılır, sübutlara əsaslanan siyasət tövsiyələri hazırlanır.

Əsas məqsədimiz – akademik ictimaiyyət, dövlət qurumları və özəl sektor üçün etibarlı empirik bilik bazası yaratmaq, elmi araşdırmaların praktiki nəticələrə çevrilməsini təmin etməkdir.

Sizi sübutlara əsaslanan elmi müzakirələrə, əməkdaşlığa və yeni araşdırmalara birlikdə imza atmağa dəvət edirik.

UNEC Empirik Tədqiqatlar Mərkəzi – elmi dəqiqliklə qərarların əsasında.