MƏQSƏDİMİZ:

Ekonofizika Tədqiqat Mərkəzi iqtisadi və social-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq edəcək, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olacaq, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirir.

VƏZİFƏLƏRİMİZ:

– Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;

– Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;

–  Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;

–  Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;

– Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;

– Fəaliyyət istiqamətləri  üzrə  daxil  olan  müraciətlərə  və  sorğulara qanunvericiliyə  uyğun olaraq  baxılmasını  təmin etmək;

-Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;

-Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;

-Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq  xidməti məlumatların qorunmasını təmin etmək;