Ölçülər

Nəşr

151

İstinad (WoS)

707

İstinad (Scopus)

740
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri

HAQQINDA

İnkişaf iqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universite­ti­nin Elmi Şurasının 28 iyun 2019-cu il tarixli iclasının 166 №-li Qərarı və UNEC rektorunun 598/3/2015 № əmrinə əsasən yaranmışdır.

VƏZİFƏLƏRİMİZ:

– Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;

– Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;

– Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;

– Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;

–  Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;

–  Fəaliyyət  istiqamətləri  üzrə  daxil  olan  müraciətlərə  və  sorğulara qanun­ve­ri­ci­liyə  uyğun olaraq  baxılmasını  təmin etmək;

– Səlahiyyətləri  çərçivəsində  universitetin  inkişaf  konsepsiyasının həyata keçirilməsini təmin etmək;

– Laboratoriyanın  iş  planını və fəaliyyəti  ilə bağlı hesabatlar  hazırlamaq;

– Laboratoriya tərəfindən  fəaliyyət  prosesində  qanunvericiliyə  uyğun  olaraq  xidməti  məlumatların qorunmasını  təmin  etmək;

– Fəaliyyət istiqamətlərinə  uyğun  olaraq  qanunvericilkdə  nəzərdə tutulmuş  digər  vəzifələri yerinə yetırmək.