İqtisadi klinika UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157№-li Qərarı və UNEC rektorunun № 219/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 08.02.2024 tarixli 134/3/2024 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyənin Hatay Mustafa Kemal Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dosenti Uğur Korkut Pata-ya həvalə edilmişdir.
İqtisadi Klinika Mərkəzi davamlı inkişaf məqsədləri
çərçivəsində enerji və ətraf mühitin iqtisadi və sosial aspektlərini araşdıran
tədqiqatlar aparır. Mərkəzin üzvləri Web of Science bazasında indeksləşdirilən
500-dən çox yüksək impakt faktorlu nəşrə malikdir. Bundan əlavə, mərkəzin 8
üzvündən 6-sı dünyanın ən nüfuzlu alimləri sırasına daxildir. Mərkəz üzvlərinin
məqsədi enerji və ətraf mühit iqtisadiyyatı sahəsində aparılan yüksək səviyyəli
elmi tədqiqatlar, layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə elmi mühitə
töhfə vermək və UNEC-in beynəlxalq nüfuzunu artırmaqdır.