HAQQIMIZDA:

İnnovativ menecment UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının 159 №-li Qərarı və UNEC rektorunun 448/3/2018 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 17 oktyabr 2024 tarixli 1059/3/2024 №li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik dos. Elvettin Akmana həvalə edilmişdir.


MƏQSƏDİMİZ:

  • İdarəetmə proseslərinin və təşkilati strukturların innovativ modellərlə təhlilinin aparılması;

  • müəssisələrdə strateji qərarvermə və innovasiya idarəetməsi üzrə elmi tədqiqatların həyata keçirilməsi;

  • innovativ menecment metodlarının praktik tətbiqi və optimallaşdırılması;

  • idarəetmə sahəsində analitik hesabatların, tövsiyələrin və metodik materialların hazırlanması;

  • yerli və beynəlxalq universitetlər, tədqiqat mərkəzləri və biznes qurumları ilə birgə layihələrin həyata keçirilməsi;

  • gənc tədqiqatçıların və tələbələrin menecment və innovasiya sahəsində elmi fəaliyyətə cəlb edilməsi.