HAQQINDA:

UNEC Koqnitiv iqtisadiyyat mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının  24 noyabr 2017-ci il tarixli iclasının  EŞ-155 №-li Qərarı və UNEC rektorunun 1025/3/2017 N-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 27 dekabr 2017 tarixli 1025/3/2017 N-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Rus iqtisad məktəbinin direktoru dos. Mənsur İsa oğlu Bərxudarova həvalə edilmişdir.


Mərkəz koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə, koqnitiv menecement istiqamətlərində elmi tədqiqat, təhsil, innovasiya, konsaltinq və ekspert fəaliyyəti  ilə məşğul olur və, və aşağıdakı vəzifələri yerinə yetirir:

·         koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə və koqnitiv menecment sahələrində elmi- tədqiqat layihələrinin həyata keçirilməsi və bunun əsasında daha sonra elmi məqalələrin dərc edilməsi;

·         universitetdə koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə və koqnitiv menecment istiqamətlərinin inkişaf etdirilməsi: mərkəz bazasında tədqiqat platformasının yaradılması, intellektual resursların cəlb edilməsi;

·         Mərkəzin profili üzrə kurslar, master-klass, seminarlar və digər tədris fəaliyyətlərinin təşkil olunması.