Kompozit materiallar Elmi Tədqiqat Mərkəzi  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının  164 №-li Qərarı və UNEC rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 22 iyul 2019-cu il tarixli 564/3/2019 №-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik “Fizika və kimya” kafedrasının müdiri f.e.d., prof. R.M.Rzayevə həvalə edilmişdir.

MƏQSƏDİMİZ:
yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmqa, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etmək

VƏZİFƏLƏRİMİZ:
– nəzdində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin müvafiq fakültə və ya kafedrası arasında tədrislə bağlı sıx əlaqə yaradılması;

– təsdiq edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarının aparılması;

– ali təhsil müəssisəsinin bölmələrinə, müəssisələrə və xalq təsərrüfatının başqa təşkilatlarına laboratoriyada yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod və texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində köməklik edilməsi.