MƏRKƏZİN MƏQSƏDİ
Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat
Mərkəzinin məqsədi marketinq, istehlakçı davranışları, brendinq, inteqrasiya
olunmuş marketinq kommunikasiyaları, beynəlxalq marketinq, kreativ marketinq, pərakəndə
satış, rəqəmsal marketinq, kanal marketinqi, marketinq analitikası, habelə
bunlarla əlaqədar strategiya və idarəetmə kimi mövzular başda olmaqla iqtisadi
və sosial elmlər üzrə elm sahələrinə dair tədqiqat işlərinin həyata keçirilməsidir.
Tədqiqat Mərkəzi marketinqin bütün sahələrində, o cümlədən, ənənəvi və rəqəmsal
marketinq alətlərinin də araşdırılması məsələlərinə önəm verir. Tədqiqat Mərkəzi
bu məqsədi Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin çeşidli dataları əsasında
elmi metodların tətbiqi ilə icra edir.
MƏRKƏZİN HƏDƏFLƏRİ
Dəyişən dünyada istehlakçı davranışlarının
öyrənilməsi, brend menecmenti və marketinq strategiyalarının hazırlanması üçün
elmi əsaslı tədqiqat işlərinin hazırlanması mərkəzin əsas hədəfidir. Bu
minvalla azərbaycanlı və xarici elm adamlarını tədqiqat işlərinə cəlb edərək bu
işləri həyata keçirmək hədəflənmişdir. Bununla birlikdə azərbaycanlı və xarici
bakalavr, magistr və doktoranturada təhsil alan tələbələri də tədqiqat işlərinə
cəlb etməklə gələcəkdə elmi istiqaməti seçənlərə də dəstək olmaq hədəflənmişdir.
MƏRKƏZİN VƏZİFƏLƏRİ
Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat
Mərkəzi öz məqsədini və hədəflərini reallaşdırmaq üçün aşağıdakı istiqamətdə
işlər həyata keçirməkdədir:
·
Elmi tədqiqat işləri və layihələri həyata
keçirmək;
·
Beynəlxalq və milli konfranslar,
simpoziumlar, seminarlar, dəyirmi masalar və təlimlər təşkil etmək;
·
Ölkə daxilində və xaricdə yerləşən tədqiqat
mərkəzləri, universitetlər, institutlar və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq
etmək;
·
Mərkəzin iş
planını hazırlamaq və icra etmək;
·
Fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq.