HAQQIMIZDA: UNEC Monetar İqtisadiyyat və Maliyyə Texnologiyaları Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 13 sentyabr 2023-cü il tarixli iclasının 189 №-li Qərarı və UNEC Rektorunun 2 oktyabr 2023-cü il tarixli 833/3/2023 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Monetar İqtisadiyyat və Maliyyə Texnologiyaları Tədqiqat Mərkəzi monetar siyasət və müasir maliyyə texnologiyalarının elmi tədqiqi və bilik mübadiləsi üçün bir platformadır.
MƏQSƏDİMİZ:
Azərbaycan Respublikasında monetar siyasət, makroiqtisadi sabitlik, pul və maliyyə sisteminin effektivliyi, habelə rəqəmsal maliyyə texnologiyalarının inkişafı sahəsində elmi araşdırmalar aparmaq və bu sahədə praktiki təkliflər irəli sürməkdir.
Mərkəz həmçinin ölkənin iqtisadi siyasətinə dəstək ola biləcək təhlil və tövsiyələrin hazırlanması, beynəlxalq elmi əməkdaşlığın qurulması və müasir maliyyə alətlərinin tətbiqi sahəsində araşdırmalar aparmağı qarşısına məqsəd qoymuşdur.
FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:
Monetar siyasətin analizi və modelləşdirilməsi
Pul-kredit siyasətinin effektivliyinin qiymətləndirilməsi
İnflyasiya, faiz dərəcələri, valyuta sabitliyi üzrə tədqiqatlar
Rəqəmsal maliyyə texnologiyaları və innovasiyalar
Fintech həllərin iqtisadiyyata təsiri
Rəqəmsal ödəniş sistemləri, kriptovalyutalar və blokçeyn texnologiyaları üzrə araşdırmalar
Makroiqtisadi sabitlik və maliyyə təhlükəsizliyi
Maliyyə sabitliyi və risklərin idarə olunması
Bank və qeyri-bank sektorlarında sabitlik göstəricilərinin öyrənilməsi
Elmi və tətbiqi tədqiqatların təşkili
Yerli və beynəlxalq akademik jurnallarda nəşrlər
Analitik hesabatlar və təklif sənədlərinin hazırlanması
UNEC tələbə və magistrləri üçün elmi seminarlar və təlimlər
Beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi
Xarici universitetlər və tədqiqat mərkəzləri ilə birgə layihələr
Konfrans və elmi tədbirlərin təşkili