MƏQSƏDİMİZ:
Humanitar və sosial elmlər, habelə Azərbaycan multikulturalizmi və mövcud multikultural modellərin nəzəri-praktik tədqiqi və istiqamətləri üzrə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin elmi mühit, cəmiyyətlə bölüşmək, elmi tədqiqat işləri və layihələri həyata keçirmək, ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və aidiyyatlı qurum təmsilçiləri ilə əməkdaşlıq etmək; Azərbaycan ərazisində tarixi keçmişdən bu günədək yaşamaqda olan multikulturalizm ənənələrinin xarici ölkələrdə tanıdılması və təbliği ücün xarici ölkələrin multikulturalizm mərkəzləri ilə elmi əlaqələr qurulması, mübadilə proqramı və birgə fəaliyyət layihələrinin hazırlanması, Respublika və beynəlxalq qrant layihələrinin hazırlanması.
VƏZİFƏLƏRİMİZ:
- Azərbaycanda multikulturalizm ənənələrinin tarixi köklərinin və müasir hüquqi, siyasi, iqtisadı əsaslarının öyrənilməsi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi, iqtisadi mahiyyətinin tədqiqi və təbliği;
- Azərbaycan Respublikasında etno-mədəni müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi, həmçinin Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlillərinin aparılması, müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək istiqamətində fəaliyyət;
- Azərbaycan Respublikasında multikultural ənənələrinin qorunması sahəsində görülən işlərlə baglı gənc nəslin məlumatlandırılması, gənclərdə xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad münasibətlərinin yaranmasının təbliği və təşviqi üçün UNEC-in fakultə və kafedraları ilə birgə iş aparılması;
- Aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq, mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunması istiqamətində yerli və beynəlxalq layihələr həyata keçirmək;
- UNEC-də mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələlərinə həsr olunmuş dəyirmi masa və elmi seminarların, mühazirələrin, görüşlər, sərgilər və digər mədəni-kütləvi tədbirlərin təşkili.