HAQQINDA
Materialların rəqəmsal dizaynı və qabaqcıl hesablama texnologiyaları UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 16 fevral 2024-cü il tarixli iclasının 194 №-li Qərarı və UNEC rektorunun 218/3/2024 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 11 mart 2024-cü il tarixli 242/3/2024 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Spektroskopik Ellipsometriya laboratoriyasının rəhbəri Akademik Məmmədov Nazim Timur oğluna həvalə edilmişdir.
MƏQSƏDİMİZ
- materialların rəqəmsal dizaynı və modelləşdirilməsi sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi;
- süni intellekt, böyük verilənlər və yüksək performanslı hesablama texnologiyalarından istifadə etməklə yeni materialların xüsusiyyətlərinin proqnozlaşdırılması;
- sənaye və iqtisadiyyatın müxtəlif sahələri üçün innovativ və səmərəli material həllərinin hazırlanması;
- beynəlxalq elmi mərkəzlər və universitetlərlə birgə tədqiqat layihələrinin həyata keçirilməsi;
- gənc tədqiqatçıların hazırlanması və interdisiplinar elmi biliklərin inkişafına töhfə verilməsi.