Ölçülər

Nəşr

2

İstinad (WoS)

15

İstinad (Scopus)

23
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri

HAQQINDA:


UNEC-in Elmi Şurasının 16 iyun 2021-ci il tarixli online iclasının EŞ 179 №-li qərarının icrasını təmin etmək məqsədilə UNEC-in Beynəlxalq magistratura və doktorantura mərkəzinin nəzdində “Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi”  yaradılmışdır.

UNEC Rektorunun 28 sentyabr 2021-ci il tarixli 549/3/2021№li əmrinə əsasən Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzində rəhbərlik “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Mirzəyeva Gülnar İsmayıl qızına həvalə edilmişdir.


Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:


Yaşıl iqtisadiyyatın və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi mövzusunda təhsili təşviq etmək və inkişafında aparıcı rol oynamaq:

Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat mövzularında elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, çətinliklər, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək;

Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək;  

Dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat mövzularında araşdırma aparan tələbələri və tədqiqatçıları bir araya gətirəcək tədbirlər təşkil etmək;

Azərbaycanda yaşıl iqtisadiyyatla bağlı davamlı olaraq müzakirə aparıla biləcək forum yaratmak;

Mərkəzin fəaliyyəti çərçivəsində ətraf mühit və iqtisadi coğrafiya,  siyasi iqtisad, ətraf mühit iqtisadiyyatı və ətraf mühit elmi daxil olmaqla yaşıl keçidlərin prosesini və nəticələrini araşdırmaq üçün çox istiqamətli perspektivlərdən istifadə etmək;

Yaşıl iqtisadiyyata keçiddə insan kapitalının inkişafına töhfə vermək.