UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 10 dekabr 2021-ci il tarixli iclasının 181 №-li Qərarı və UNEC rektorunun 10 yanvar 2022 tarixli 18/3/2022 №-li Əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 18 mart 2022-ci il tarixli 211/3/2022 №-li Əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik i.e.d., prof. Əliyev Şəfa Tiflis oğluna həvalə edilmişdir.
Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
İşğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi reabilitasiyası,
dirçəldilməsi və bütövlükdə Qarabağın sosial-iqtisadi inkişaf problemlərinə
dair iqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat
nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət,
dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək;
Regionun təbii və iqtisadi resurslarının
fundamental araşdırmasını aparmaq və məqsədli dövlət proqramlarının
hazırlanması, müəssisələrin yaradılması, azad iqtisadi zonalar, sənaye
klasterləri, sənaye parkları, sənaye məhəllələri, turizm-rekrasiya klasterləri,
aqroparklar, istehsal-ixrac zonaları, elmi-texniki parklar və s. təşkili üzrə
təkliflər, layihələr-biznes planlar hazırlamaq, dövlət qurumlarına, potensial
investorlara təqdim etmək, özəl innovasiya-investisiya və digər sahibkarlıq,
biznes subyektləri ilə sıx əməkdaşlıq etmək.