AZİZ SANCAR ADINA “QİDA TƏHLÜKƏSIZLİYİ” LABORATORİYASI

Aziz Sancar adına “Qida Təhlükəsizliyi” Laboratoriyasına Xoş Gəlmisiniz!

Nobel mükafatı laureatı, dünya şöhrətli alim Aziz Sancarın adını daşıyan bu laboratoriya, elmi mükəmməllik, qida təhlükəsizliyinin təmin olunması və ictimai sağlamlığın qorunması istiqamətində fəaliyyət göstərir.

Qida təhlükəsizliyi üzrə fundamental və tətbiqi tədqiqatlar aparan laboratoriyamızda, müasir avadanlıqlar və qabaqcıl elmi yanaşmalar vasitəsilə qida məhsullarının keyfiyyətinin və insan sağlamlığına təsirlərinin hərtərəfli təhlili həyata keçirilir.

Laboratoriyamız, qida sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar və siyasətçilər üçün elmi əsaslı məlumatlar təqdim etməklə, təhlükəsiz və davamlı ərzaq sistemlərinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoymuşdur.

Fəaliyyətimizə göstərdiyiniz marağa görə təşəkkür edir, sizi laboratoriyamızın tədqiqat istiqamətləri və layihələri ilə yaxından tanış olmağa dəvət edirik.