Mərkəz UNEC Elmi Şuranın 13 sentyabr 2023-cü il tarixli 189 №li Qərarına və UNEC Rektorunun 03 oktyabr 2023-cü il tarixli 846/3/2023№li Əmrinə əsasən yaradılmışdır.
UNEC Rektorunun 04.11.2023 tarixli 969/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyənin Yıldız Texnik Universitetinin professoru prof. dr. Selcuk Çebi-yə həvalə edilmişdir.
MƏQSƏDİMİZ
sənaye sektorunda yaranan böyük verilənlərin analizi və idarə olunması sahəsində elmi tədqiqatların aparılması;
müəssisələrdə qərarvermə proseslərini dəstəkləyən analitik və rəqəmsal sistemlərin hazırlanması və tətbiq imkanlarının araşdırılması;
sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün data analitikası və süni intellekt əsaslı metodların tətbiqi;
sənaye proseslərinin optimallaşdırılması və risklərin azaldılması üçün analitik modellərin və proqnozlaşdırma alətlərinin hazırlanması;
sənaye müəssisələri, dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə elmi və tətbiqi layihələrin həyata keçirilməsi;
tələbə və gənc tədqiqatçıların data analitikası və qərarlara dəstək sistemləri sahəsində elmi fəaliyyətə cəlb edilməsi.