MƏQSƏDİMİZ:

İqtisadi və sosial-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq edəcək, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olacaq, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirəcəyik

VƏZİFƏLƏRİMİZ:

  • Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
  • Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
  • Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
  • Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
  • Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
  • Fəaliyyət istiqamətləri  üzrə  daxil  olan  müraciətlərə  və  sorğulara qanunvericiliyə  uyğun olaraq  baxılmasını  təmin etmək ;
  • Səlahiyyətləri çərçivəsində  universitetin  inkişaf  konsepsiyasının həyata keçirilməsini təmin etmək;
  • Mərkəzin iş  planını və fəaliyyəti  ilə bağlı hesabatlar  hazırlamaq;
  • Mərkəz tərəfindən fəaliyyət  prosesində  qanunvericiliyə  uyğun  olaraq  xidməti məlumatların qorunmasını  təmin  etmək.