Tətbiqi Süni İntellekt Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 23 dekabr 2023-cü il tarixli iclasının 191№-li Qərarı və UNEC rektorunun 17 yanvar 2024-cü il tarixli 45/3/2024 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 25 aprel 2025-ci il tarixli 337/3/2025 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Hindistanın B.P. Poddar İdarəetmə və Texnologiya İnstitutunun “Elektronika və Rabitə Mühəndisliyi” kafedrasının dosenti Debarati Dey Roya həvalə edilmişdir
MƏQSƏDİMİZ
süni intellekt texnologiyalarının müxtəlif sahələrdə praktiki tətbiq imkanlarının araşdırılması;
iqtisadiyyat, biznes, idarəetmə və təhsil sahələrində süni intellekt əsaslı innovativ həllərin hazırlanması;
böyük verilənlər, maşın öyrənməsi və data analitikası sahəsində elmi tədqiqatların aparılması;
rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi üzrə analitik hesabatların və tövsiyələrin hazırlanması;
yerli və beynəlxalq universitetlər, tədqiqat mərkəzləri və biznes qurumları ilə birgə layihələrin həyata keçirilməsi;
tələbə və gənc tədqiqatçıların süni intellekt sahəsində elmi fəaliyyətə cəlb edilməsi və kadr potensialının inkişaf etdirilməsi.