HAQQIMIZDA: UNEC Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Tədiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 12 may 2023-cü il tarixli iclasının 187 №-li Qərarı və UNEC rektorunun 14 iyul 2023-cü il tarixli 521/3/2023 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Ümumdünya Ticarət Təşkilatı üzrə Beynəlxalq Tədqiqat Mərkəzi beynəlxalq ticarət, ÜTT prinsipləri və qlobal iqtisadi əlaqələr sahəsində araşdırmalar aparan elmi platformadır.
Mərkəzin əsas məqsədi – beynəlxalq ticarət, qlobal iqtisadi münasibətlər və ÜTT-nin prinsipləri əsasında Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək elmi tədqiqatlar aparmaq, analitik biliklər yaratmaq və bu sahədə milli və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Mərkəz aşağıdakı istiqamətləri əsas götürür:
ÜTT-nin prinsiplərinin və normativ bazasının tədqiqi;
Azərbaycanın ÜTT-yə inteqrasiyası prosesini dəstəkləyən elmi-analitik materialların hazırlanması;
Beynəlxalq ticarət siyasətinə dair aktual məsələlərin araşdırılması;
Akademik tədqiqatların təşkili və nəşrlərin hazırlanması;
Gənc tədqiqatçıların və tələbələrin bu sahədə maarifləndirilməsi və potensialının inkişaf etdirilməsi;
Yerli və xarici tərəfdaşlarla elmi əməkdaşlığın qurulması.