HAQQINDAXanım Tədqiqatçılar Şurası  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157№-li Qərarı və UNEC rektorunun 19 mart 2018-ci il tarixli  219/3/2018-li əmrinə əsasən yaranmışdır.

MƏQSƏDİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Xanım Tədqiqatçılar Şurası ictimai elmlər, o cümlədən siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elmi və təhsil layihələri üzrə kampus daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir.

Xanım Tədqiqatçılar Şurasının əsas məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları və alimləri bir araya gətirərək elmə akademik töhfələr verməkdir.