Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İctimai İdarəetmə Və Sosial İnnovasiyalar Kafedrası
Ölçülər

Nəşr

1
Tərcümeyi hal

Mən, Həsənov Rövşən Şahverdi oğlu 17.03.1956-cı ildə Laçın rayonunun Minkənd kəndində müəllim ailəsində anadan olmuşam.

1973-cü ildə Laçın rayonu Minkənd kənd orta məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakultəsini bitirmişəm.

    01.09.1983-cü ildə təyinatla Azərbaycan Dövlət Hidrometeorologiya və Ətraf mühitin mühafizəsi (indiki Ekologiya Nazirliyi) komitəsində mühəndis vəzifəsinə işə qəbul edilmişəm. Bu komitədə 4 il ərzində (1983-1987-ci illər) mühəndis, baş mühəndis, şöbə müdirinin müavini vəzifələrində işləmişəm. 1987-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasinin Coğrafiya İnstututunun İqlimşünaslıq şöbəsində əyani aspiranturaya daxil olmuşam.

    1995-ci ildə “Azərbaycan və Orta Asiyanın cənub arid subtropiklərinin aqroiqlim şəraiti və ehtiyatları” adlı disertasiya işini müvəffəqiyyətlə müdafiə edib, coğrafiya elmləri namizədi alimlik dərəcəsi adı almışam.

    1987-2002-cı illərdə Azərbaycan Respublikası EA-nın Cografiya İnstitunda İqlimşünaslıq şöbəsində işləmişəm. Işlədiyim müddət ərzində aqroiqlimşünas kimi kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və baş elmi işçi vəzifələrində fəaliyyət göstərmişəm.

   2002-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.

   2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi coğrafiya və Təbii resurslardan istifadə” kafedrasında baş müəllim, 2010-cu ildə ictimai əsaslarla “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdür müavini, 2014-cü ildə isə həmin kafedranın dosenti vəzifəsinə seçilmişəm, hal-hazırda 2022-ci ildən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasında dosent vəzifəsində işləyirəm.

     Ailəliyəm iki övladım var.