1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində təhsil alaraq Qida məhsullarının
texnologiyası ixtisası üzrə bakalavr,magistr dərəcəsi
almışdır.
2001-ci
ildə “İqtisadi informatika” kafedrasının dissertantı təyin olunmuş. 2008-ci ildə 08.00.05.
“Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə "İntensiv istifadə olunan ərazilərdə aqrar bölmənin problemləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fələsəfə doktoru
elmi dərəcəsi almışdır.
01.15.2001ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi informatika” kafedrasında
laborant, sonra isə baş laborant kimi fəaliyyətə başlamışdır. 2002-2013-cü illərdə “İqtisadi informatika” kafedrasında saat hesabı dərs aparmışdır.
2013-ci ildən Azərbaycan Dövlət İqtisad
Universitetinin “İqtisadi informatika”
kafedrasında müəllim, 2019-cü ildən “Rəqəmsal iqtisadiyyat və İKT”
kafedrasında baş müəllim, 2022-ci ildən “Rəqəmsal
texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti vəzifəsində
çalışmış. Hal-hazırda UNEC-in “Rəqəmsal
texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti vəzifəsində çalışır.
“Rəqəmsal iqtisadiyyat”
fakültəsinin Həmkarlar komitəsinin sədridir.
“Rəqəmsal iqtisadiyyat”
fakültəsində Buraxılış işləri üzrə Elmı katibi olub(10 il)
Təltiflər: İşində göstərdiyi xidmətlərə görə hörmətli rektor, professor Ədalət
Muradov tərəfindən 3 dəfə “Təşəkkürnamə”
almışdır.
Tədris etdiyi fənlər və tədris dili:
İnformasiya təhlükəsizliyi (bakalavr,
AZ),
İnformasiya texnologiyaları(bakalavr,
AZ),
Kompüter qrafikası(bakalavr, AZ),
Multimedya texnologiyaları(bakalavr, AZ),
İKT-kompüter bilikləri(bakalavr, AZ),
Proqramlaşdırmanın əsasları (bakalavr, AZ),
Bulud texnologiyası (bakalavr, AZ),
İnformasiya mühafizəsinin kriptoqrafik
metodları (magistratura)
60-dan çox elmi əsərin müəllifidir: məqalə
(xaricdə və respublikada jurnallarında, o, cümlədən 6
məqalə SCOPS bazasında indeksləşmiş jurnallarda), tezis (xaricdə və
respublikada) və 14 fənn proqramı (maqistr və bakalavr
pilləsi üçün), 1 dərslik,
5 dərs vəsaiti, 1 metodik dərs vəsaiti çap etdirmişdir. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmişdir.
05.03.2010 tarixindən Yeni
Azərbaycan Partiyasının üzvidur.Ailəlidir. 2 övladı var.
- Elektron poçt
- s.hajizade@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/s.hajizade
- Mobil telefon
- +994 050 343 11 21