Mən, Səadət Arif qızı Cəfərova,16 dekabr 1974-cü
ildə Bakı şəhərində anadan olmuşam.
1991-ci ildə 225 saylı orta məktəbi bitirmişəm.
1991-ci ildə Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakultəsinə daxil olub, 1996-cı ildə fərqlənmə
diplomu ilə bitirmişəm.
1996-1998-ci illərdə təhsilimi BDU-nin “Riyazi analiz” kafedrasının aspirantura
şöbəsinin əyani bölməsində davam etdirmişəm.
2000-ci ildə “Furye-Yakobi sıralarının xətti
ortaları ilə yaxınlaşma” mövzu üzrə namizədlik dissertasiyasını müdafiə edib,
fizika-riyaziyyat elmləri namizədi dərəcəsini almışam.
2003-2020 illərdə Azərbaycan Dövlət
İqtisad Universitetinin “Riyaziyyat” kafedrasında
müəllim, baş müəllim vəzifəsində calışmışam.
2013-2020 illərdə “Riyaziyyat” kafedrasının dosenti
vəzifəsində işləmişəm.
2020-ci ildən “Riyaziyyat və statistika”
kafedrasının dosenti vəzifəsində çalışıram.
30-dan çox elmi məqalənin və bir metodik vəsaitin müəllifiyəm. Elmi
məqalələrimdən 11 Scopus və Web of Science kateqoriyalı jurnallarda çap olunub.
- Elektron poçt
- saadat_jafarova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/saadat_jafarova