Müəssisə məlumatları: Türk Dünyası İqtisad Fakültəsi, İqtisadiyyat Və İşlətmə Kafedrası, Marketinq
WoS Tədqiqat Sahələri: Economics & Business, Social Sciences General, Social Sciences (Soc), Business, Management, Economics, Development Studies, Communication
Scopus Tədqiqat Sahələri: Communication, General Social Sciences, General Economics, Econometrics and Finance, General Decision Sciences, General Business, Management and Accounting
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities
Ölçülər

Nəşr

3
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Mən, Musəvi Səbinə Vüqar qızı, 04.07.1995 – ci il tarixində Göyçay rayonunda anadan olmuşam. Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam.

2001 – ci ildə Göyçay rayonu 1 №-li Rəsul Rza adına orta məktəbin 1 – ci sinfinə getmişəm, 2012 – cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 2012 – ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinə qəbul olmuşam və 2016 – ci ildə oranın İşlətmə ixtisası üzrə bitirmişəm.

2017 – cı ildə Türkiyənin dövlət universiteti Marmara Universitetinə Marketinq ixtisası üzrə magistratura pilləsinə  qəbul olmuşam. 2019-cu ildə yaz semestri ərzində Fransanın Paris şəhərində INSEEC Business and Economics School-da magistratura mübadilə programı çərçivəsində təhsil almışam. 2020 – cu ildə dissertasiyamı müdafiə edərək Marmara Universitetindən məzun olmuşam.

02.10.2020 – 10.02.2021 - ci il tarixində Bakı Sağlamlıq Mərkəzində marketinq üzrə mütəxəssis vəzifəsində çalışmışam.

01.04.2021 ci il tarixindən sentyabr ayına qədər CRM Trade şirkətində martekinq üzrə mütəxəssis vəzifəsində çalışmışam.

15.09.2021-ci il tarixindən UNEC Türk Dünyası İqtisad və İşlətmə kafedrasında müəllimə olaraq çalışıram. Biznesin Əsasları, İstehsal Sahələrinin Marketinqi, Xidmət Sahələrinin Marketinqi, Rəqəmsal Marketinq, Marketinq strategiyaları, İstehlakçı Davranışları, Vergi və Vergiləndirmə fənlərini türk dilində tədris edirəm.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynalxalq Doktorantura və Magistratura Mərkəzində Rəqəmsal marketinq və E-ticarət dərslərini iningilis dilində saathesabı qaydada tədris edirəm. Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində (MBA)  saathesabı qaydada Sosial Media Ekosistemi və Marketinq Menecmenti fənnlərini tədris edirəm.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə UNEC SABAH Magistraturası layihəsi çərçivəsində hazırlanmış “Rəqəmsal Marketinq və Sosial Media” kitabının bölüm müəllifiyəm.

2023-cü ildə çap edilmiş “Vergi Hukuku ve Azerbaycan Vergi Sistemi” kitabının həmmüəllifiyəm.

İctimai – siyasi fəaliyyətlə məşğul olmamışam. Cinayət məsuliyyətinə cəlb edilməmişəm.

Evliyəm. İngilis, Türk və Rus dillərini bilirəm.