Institutional Information: Rus Iqtisad Məktəbi, Tətbiqi Iqtisadiyyat Kafedrası, Beynəlxalq Ticarət Və Logistika, Marketinq
WoS Research Areas: Operations Research & Management Science, Transportation Science & Technology, Transportation
Scopus Research Areas: Organizational Behavior and Human Resource Management, Transportation
Avesis Research Areas: Behavioural Sciences, Labor Economics and Industrial Relations, Management
Metrics

Publication

11

Thesis Advisory

3

Open Access

3
Biography

1979-cu il oktyabrın 27-də Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə Аzərbaycan Dövlət İqtisad Universitetini «Ticarətin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 2002-ci ildə isə “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır.

2001-ci ildən əmək fəaliyyətinə Azərbaycan Dövlət İqtisad Universitetində başlamış, laborant, baş laborant vəzifələrində çalışmış,

2010-cu ildən AzDİU-nun “Ticarət” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.

2017-ci ildə UNEC Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının müəllimidir.

2022-ci ildə UNEC Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimi vəzifəsinə seçilmişdir. 20 illik elmi-pedaqoji stajı vardır.

16 tezis və elmi məqalə, 9 tədris proqramı, 2 dərs vəsaiti və 1 kollektiv monoqrafiyanın həmmüəllifidir. 

2018-ci ildə "Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı" mövzusunda elmi-praktiki seminarda iştirakına görə sertifikat təqdim olunub.

2021-ci ildə UNEC ilə İstanbul Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləştirilən “Logistikanın əsasları” fənni üzrə təlim proqramından uğurla keçmiş və sertifikata layiq görülmüşdür.  

2022-ci ildə UNEC ilə Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Təchizat zəncirinin idarə edilməsi” fənnindən təlim proqramını uğurla keçmişdir.

2023-cü ildə SOFT SKİLLS Proqramı üzrə UNEC sertifikatı təqdim olunub. 

“Beynəlxalq ticarət və logistika” ixtisası üzrə yeni təhsil standartlarında fənlərin vahid proqramlarının  hazırlanması üzrə işçi qrupunun üzvüdür, həmçinin bu ixtisas üzrə İxtisas Şurasının üzvüdür.