Mən, Hüseynova Səkinə Yaqub qızı 1960-cı ildə Naxşıvan
şəhərində anadan olmuşam. Orta təhsilimi Naxçıvan şəhər 9 saylı orta məktəbdə
almışam.
1980-cı ildə D.Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı
və ticarətin təşkili” ixtisasına daxil olmuş və 1984-cü ildə bitirmişəm.
1994-2000-ci illərdə Bakı
Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun “Kommersiya və idarəetmə”
kafedrasında laborant, baş laborant vəzifəsində çalışmışam. 2000-2005-ci illərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və reklam işi”
kafedrasında assistent kimi fəaliyyət göstərmişəm. 2005-2015-ci illərdə Azərbaycan
Dövlət İqtisad Universitetinin “Ticarət” kafedrasında, 2016-cı ildə “Ticarət və
gömrük işinin təşkili” kafedrasında, hal-hazırda isə “Biznes və logistika” kafedrasında
baş müəllim vəzifəsində çalışıram.
30 noyabr 2011-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetində fəaliyyət göstərən ixtisaslaşmış müdafiə
şurasında “Azərbaycan Respublikasında qeyri-ərzaq malları bazarının
formalaşması və inkişaf strategiyası” mövzusunda namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını
almışam.
Həm bakalavr və həm də
magistr təhsil pilləsi üzrə Universitetin müxtəlif fakultələrində kafedrada tədris
olunan bir neçə fənn üzrə mühazirə və məşğələ dərsləri aparmışam. 40-dan artıq elmi
məqalənin, bir neşə metodik və dərs vəsaitlərinin, tədris proqramlarının həmmüəllifiyəm.
Beynəlxalq nüfuzlu elmi jurnallarda da bir neçə məqaləm dərc edilmişdir.
Universitetdə keçirilən təlimlərdə
və özünüinkişaf layihələrində fəal iştirak etdiyimə görə müxtəlif sertifikatlar
almışam.
Ailəliyəm üç övladım dörd nəvəm
var.
- Elektron poçt
- sakina_huseynova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/sakina_huseynova