Institutional Information: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Materiallar Mühəndisliyi Ixtisası
WoS Research Areas: Engineering Computing & Technology (Eng)
Scopus Research Areas: Physical Sciences
Avesis Research Areas: Engineering and Technology

Names in Publications: Məhərrəmova Samirə Sabir, S.S.Məhərrəmova
Metrics

Publication

5

Publication (Scopus)

1

Citation (Scopus)

3

H-Index (Scopus)

1

Open Access

1
UN Sustainable Development Goals
Biography

       Mən- Məhərrəmova Samirə Sabir qızı 1981-ci ildə mart ayının 22-də  Bakı şəhərində anadan olmuşam. 1986-cı ildə Bakı şəhər, Yasamal  rayonu 167  saylı orta məktəbin  1-ci sinfinə daxil olaraq, 1998-ci ildə həmin məktəbi  bitirmişəm.

      1998-ci ildə  Bakı  Əmtəəşünaslıq  Kommersiya İnstitutunun “Reklam işi” ixtisasına daxil olub, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Univeristetinin bakalavr pilləsini, 2002-2004-cü illərdə  isə magistratura səviyyəsini bitirmişəm.

      2004-2006-cı illərdə Azərbayca Dövlət Dəmir Yolu – Tikilməkdə olan müəssisələr müdiriyyətində reklam işi üzrə  mütəxəssis kimi işləmişəm.

2006-cı  ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasında  baş laborant kimi əmək fəaliyyətinə başlamışam. Həmçinin  baş laborant vəzifəsində çalışarkən saat hesabı dərs yükünü yerinə yetirmişəm. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasında müəllim, 2019-cu ildən baş müəllim vəzifəsinə təyin olunmuşam. 2020-ci ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimi vəzifəsində çalışıram.

Özünüinkişaf istiqamətində çoxlu sayda təlim,seminar və konfranslara qatılaraq sertifikat almışam.

      Ailəliyəm, 2 övladım var.