Corporate Academic Degrees: i.f.d.
Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Riyaziyyat Və Statistika Kafedrası, Riyaziyyat
WoS Research Areas: Social Sciences (Soc), Natural Sciences General, Economics, Demography
Avesis Research Areas: Social Sciences and Humanities, Statistics
Metrics

Publication

5

Publication (WoS)

3

Publication (Scopus)

5

Citation (Scopus)

18

H-Index (Scopus)

2

Open Access

1
UN Sustainable Development Goals
Biography

Mən Abdullayeva Samirə İntiqam qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. 2003-cu ildə Bakı şəhəri 153 saylı orta məktəbi bitirmişəm. Elə həmin il  Azərbaycan Dövlət İqtisad Universitetininə daxil olmuşam. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Muhasibat uçotu və audit” ixtisası üzrə bakalavr pilləsini, 2011- ci ildə  isə Azərbaycan Dövlət İqtisad Universitetinin  “Makroiqtisadi Statistika” ixtisası üzrə magistratura pilləsini bitirmişəm.

19 oktyabr 2004-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində laborant kimi əmək fəaliyyətinə başlamış və 2010-ci ildən böyük laborant, 2014-cü ildən hal-hazıradək “Riyaziyyat və statistika” kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıram.

23 noyabr 2018-ci il tarixində  iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan  Respublikasında demoqrafik vəziyyətin statistik qiymətləndirilməsi və proqnozlaşdırılması ” adlı dissertasiya işini müdafiəyə etmişəm. 28 oktyabr 2020 ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.

27 elmi  məqalə və tezislərin (onlardan 5-i Scopus bazasında, 2-si Wos-da nəşr edilib), 1 proqram, 1 dərs vəsaiti və 1 dərslik (həmmüəlliflərlə hazırlanıb və yekun mərhələdədir) müəllifiyəm.

 Müxtəlif təlimlərdə iştirak edib sertifikatlar əldə etmişəm.

Beynəlxalq,  yerli elmi-praktiki konfranslarda və tədbirlərdə müntəzəm fəal iştirak edirəm.

Ailəliyəm. İki övladım var.