Şamxalova
Samirə Oqtay qızı, 19 fevral 1980-ci ildə Bakı şəhərində anadan olub.
1996-cı ildə Binəqədi rayonu 157 saylı on bir illik orta məktəbi bitirmişdir.
1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya institutunun (indiki
Azərbaycan Dövlət İqtisad Universitetinin) “Dizayn” fakültəsinə daxil olmuş və
həmin fakültəni 2000-ci ildə fərqlənmə diploma ilə bitirərək “Toxuculuq və
Yüngül Sənaye mallarının bədii layihələdirilməsi (dizayn)” ixtisası üzrə
Bakalavr, 2000-ci ildə isə həmin ixtisas üzrə Magistraturaya daxil olmuş və
2002-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Bundan əlavə 2001-ci
ildə BMT-nin İnkişaf Proqramının Təlim və Resurs Mərkəzində “İdarəetmənin
əsasları (menecment) kursunu bitirmiş və sertifikat almışdər.
2000-ci
ildə 3 ay müddətində Milli Qeyri-Hökümət Təşkilatları Forumunda könüllü olaraq
fəaliyyət göstərmiş. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində
“İdarəetmənin təşkili” (indiki “Biznes və logistika”) kafedrasında böyük
laborant, 2006-cı ildən 2016-cı ilin noyabr ayına kimi 0,5 ştat vahidilə
müəllim, 2016-ci ilin noyabr ayından 2017-ci ilin sentyabr ayına kimi tam ştat
müəllim vəzifəsində, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına
kimi Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə”
(indiki "İqtisadi və texnoloji elmlər") kafedrasında tam ştat müəllim,
2018-2019-cu illərdə baş müəllim, 2019-cu ilin dekabr ayından bu günə kimi
həmin kafedrada dosent vəzifəsində çalışır.
2015-cı
ilin uyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun nəzdindəki D.01.181 Dissertasiya
Şurasında 53.1201 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Azərbaycanda
reklam bazarının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyasını
müdafiə edərək Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya
Komissiyası 19 yanvar 2016-cı il (protokol №2 - k) qərarı ilə iqtisad üzrə
fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür.
2016-2018-ci
illərdə UNEC-də keyfiyyət elçisi və “Biznes və Menecment” fakültəsinin
həmkarlar komitəsinin sədri, 2017-2019-cu illərdə Beynəlxalq Magistratura və
Doktorantura Mərkəzinin Elmi Şurasının katibi olaraq, 2019-cu ildən bu günə
kimi şuranın üzvü olaraq fəaliyyət göstərmişdir. 16 noyabr 2018-ci ildən
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin "İqtisadi və texnoloji
elmləri" kafedrasında “Biznes və menecment” ixtisasları üzrə proqram rəhbəri
olaraq fəaliyyət göstərir. 2023-cü ildən bu günə kimi "İqtisadi və
texnoloji elmlər" kafedrasında içtimai əsaslarla kafedra müdirinin müavini
vəzifəsində çalışır.
Bundan
əlavə 2024-2025ci illərdə UNEC-də 5311.01 - Müəssisənin təşkili və idarə edilməsi"
ixtisası üzrə birdəfəlik Dissertasiya Şurası nəzdində elmi seminarın üzvü olub.
2017-ci
ildə UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti,
doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə
Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas
istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsində “Biznesin inkişafı
üzrə innovasiyaların yaradılması və istifadəsinin stimullaşdırılması”
mövzusunda yazılmış məqaləm 3-cü yerə layiq görülmüşdür.
Universitet üzrə
müəllimlərin differensial əmək haqqı sistemində müəllimlərin reytinq cədvəlində
2015/2016-cı tədris ilində 82-ci yerə, 2017/2018-ci tədris ilində 95-ci
yerə, 2020/2021-ci tədris ilində isə
82-ci yerə layiq görülmüşdür.
5
oktyabr 2018-ci il tarixli əmrə əsasən, UNEC-in rektoru, professor Ədalət
Muradovun Beynəlxalq Müəllimlər Günü münasibətilə uzun müddətli səmərəli
elmi-pedaqoji fəaliyyətlər nəzərə alınaraq UNEC-in “FƏXRI FƏRMANI” ilə təltif olunmuş.
UNEC-in
90 illiyi münasibəti ilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı
peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə
görə 25 noyabr 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin "FƏXRI FƏRMANI" ilə təltif olunmuş.
19
iyun 2023-cü ildə UNEC-in yaradılmasının 93 illiyi münasibətilə Universitetin
həyatında fəal iştirakına görə UNEC-in rektoru, professor Ədalət Muradov
tərəfindən TƏŞƏKKÜRNAMƏ ilə təltif edilmiş.
UNEC-in 95 illiyi münasibəti ilə və yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 24 iyul 2023-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "TƏŞƏKKÜRNAMƏ" ilə tətif edilmişdir.
- Elektron poçt
- samira_shamkhalova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/samira_shamkhalova