Ağdam şəhərində 15 Fevral 1974-cü ildə ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1994-1998-cü illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya institutunun “Ərzaq mallarının əmtəəşünaslığı” fakültəsinin bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1999-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin
“İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisası üzrə magistratura pilləsini
fərqlənmə diplomu ilə bitirərək elə həmin universitetinin “İstehlak mallarının
keyfiyyət ekspertizası” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə
başlamışdır.
2001-ci ildən saathesabı dərs aparmışdır. 2011-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin “İstehlak mallarıın keyfiyyət
ekspertizası” kafedrasında müəllim, 2013-cü ildən baş müəllim vəzifəsində
çalışmışdır. 2020-ci ildən isə Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) “Mühəndislik
və tətbiqi elmlər “kafedrasının baş müəllimidir.
Özünüinkişaf
istiqamətində çoxlu sayda təlim, seminar və kurslara qatılaraq
sertifikat, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.
2012-ci
ildən AMEA-nın Zoologiya İnstitutunun dissertanturasına
daxil olmuş, 2022-ci ildə namizədlik dissertasiyasını müdafiə
edərək Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
60-dan çox elmi-metodiki əsərin (tezis, məqalə, proqram, avtoreferat, dərslik) müəllif və həmmüəllifidir.
UNEC-in 90 illik yubileyi münasibətilə
yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında göstərdiyi xidmətlərinə görə
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
UNEC-in 95
illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında
göstərdiyi xidmətlərinə görə Azərbaycan Dövlət
İqtisad Universitetinin Fəxri Fərmanı ilə
təltif olunmuşdur. Mühəndislik fakultəsi, həmkarlar təşkilatının
“Ekologiya mühəndisliyi” bölməsi üzrə nümayəndəsidir.
YAP
üzvüdür.
Ailəlidir. Bir
qızı,bir oğlu var.
- Digər E-poçt
- sama2013@bk.ru
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/sanubar_guliyeva
- Poçt ünvanı
- Murtuza Muxtarov 194