Müəssisə məlumatları: Beynəlxalq Magistratura Və Doktorantura Mərkəzi, İqtisadi Və Texnoloji Elmlər Kafedrası, Statistika
WoS Tədqiqat Sahələri: Economics & Business
AVESİS Tədqiqat Sahələri: Econometrics, Statistics

Nəşrlərdə adlar: BABAŞOVA SƏKİNƏ
Ölçülər

Nəşr

7

Nəşr (Scopus)

2

İstinad (Scopus)

2

H-indexi (Scopus)

1

Dissertasiya məsləhətləşməsi

4

Açıq giriş

5
Tərcümeyi hal

    Bakı Dövlət Universiteti, İqtisadi Kibernetika ixtisası, 1996 – 2000 (Bakalavr dərəcəsi); M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya, Moskva), “İqtisadiyyatın təhlilində riyazi üsullar” kafedrası, İqtisadiyyat ixtisası, 2000 – 2002 (Magistr dərəcəsi); Dokuz Eylül Universiteti (Türkiyə, İzmir), Sosial Elmlər Fakültəsi, Ekonometrika kafedrası, Ekonometrika və statistika ixtisası, 2007 – 2012 (İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD).

     2012-ci ildə Türkiyə Respublikasının Dövlət Proqramı çərçivəsində “Dokuz Eylül Universiteti”nin (İzmir, Türkiyə) Sosial Elmlər İnstitutunda Ekonometrika ixtisası üzrə doktorantura təhsilini tamamlamış və iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini əldə etmişdir. Həmin elmi dərəcə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10.06.2022-ci il tarixli qərarı ilə 5302.01 – Ekonometriya və iqtisadi statistika ixtisası üzrə tanınmış və Azərbaycan Respublikasında ekvivalent hesab edilmişdir.

     Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadi və Texnoloji Elmlər” kafedrasının baş müəllimi, həmçinin “İqtisadiyyat”, “Statistika” və “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə proqram rəhbəridir.

Universitet və digər təşkilatlar tərəfindən verilmiş mükafatlar:

Ø  IMF İnstitutu, Vaşinqton, ABŞ – Başarı Sənədi

12 oktyabr – 10 noyabr 2004-cü il tarixlərində Beynəlxalq Valyuta Fondunun (IMF) Vaşinqtondakı İnstitutunda keçirilən “Pul və maliyyə statistikası” üzrə beynəlxalq təlim proqramında təlimçi qismində iştirak etmiş, mövzu üzrə təqdimat və metodiki töhfələrinə görə başarı sənədi ilə təltif olunmuşdur.

Ø  CCBS – İngiltərə Bankı, London, Böyük Britaniya – Akademik Təqdirnamə

13–24 mart 2006-cı il tarixlərində İngiltərə Bankının Mərkəzi Bankçılıq və Maliyyə Xidmətləri Mərkəzində (CCBS) keçirilmiş “İqtisadi modelləşdirmə və proqnozlaşdırma” üzrə beynəlxalq təlim proqramında təlimçi qismində iştirak etmiş, mövzu üzrə nəzəri və metodoloji töhfələrinə görə akademik təqdirnamə ilə təltif olunmuşdur.

Ø  Dokuz Eylül Universiteti, Türkiyə- Başarı Belgesi" (Uğur Sertifikatı / Mükafatnamə)

2007–2011-ci illərdə Türkiyə Respublikasının Dövlət Proqramı çərçivəsində “Dokuz Eylül Universiteti”nin Sosial Elmlər İnstitutunda Ekonometrika ixtisası üzrə doktorantura təhsilini uğurla və normativ müddətdən əvvəl tamamladığı üçün universitetin rektorluğu tərəfindən Başarı Sənədi ilə təltif olunmuşdur.

Ø  UNEC Lifelong Learning Center – Sertifikat

25 noyabr 2022-ci il tarixində UNEC-in Lifelong Learning Center tərəfindən təşkil olunmuş Soft Skills (Yumşaq bacarıqlar) proqramını uğurla tamamladığına görə sertifikatla təltif edilmişdir.

Ø  Türk Dünyası Araşdırmaları Vakfı - 30 illik yubiley münasibətilə Təşəkkür Sənədi

2023-cü ilin iyun ayında Türk Dünyası İqtisad Fakültəsinin akademik və inzibati fəaliyyətlərinə verdiyi dəyərli töhfələrə görə, Türk Dünyası Araşdırmaları Vakfının 30 illik yubileyi çərçivəsində təşəkkür sənədi ilə təltif olunmuşdur.

Ø  UNEC və Selçuk Universiteti - “Təqdirnamə Sertifikatı”

2–3 may 2024-cü il tarixində Bakı şəhərində UNEC və Selçuk Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Sosial və İqtisadi Tədqiqatlar Konqresində elmi fəaliyyətə və dəyərli töhfələrə görə təşəkkür sertifikatı ilə təltif olunmuşdur.

Əlaqə