Corporate Academic Degrees: r.f.d.
Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Riyaziyyat Və Statistika Kafedrası, Riyaziyyat
WoS Research Areas: Mathematics Applied
Scopus Research Areas: Computational Theory and Mathematics
Avesis Research Areas: Mathematics

Names in Publications: Akperova S.B.
Metrics

Publication

15

Publication (Scopus)

5

Citation (Scopus)

14

H-Index (Scopus)

2

Total Citation Count

14

Open Access

5
Biography


      18.12.1966-cı il tarixində Bakı şəhərində anadan olmuşam. 1984-cü ildə 129 saylı məktəbi müffəqiyyətlə bitirərək ADU-nun (indiki BDU) Tətbiqi riyaziyyat fakültəsinə qəbul olmuşam. 1989-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin “İqtisadi məsələlərin alqoritmləşməsi və proqlaşdırılması” şöbəsində  gənc mütəxəssis kimi işə başlamış və işlədiyim müddət ərzində III dərəcəli mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmışam. 1999-cu ildə öz xahişimlə işdən azad olunmuşam.

      2006-cı il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında müəllim kimi işə başlamış, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışam.

      14.12.2010-cu ildə “Radius boyu qeyri-bircins kiçik qalınlıqlı transversal-izotrop silindr üçün elastikiyyət nəzəriyyəsi məsələsinin asimptotik təhlili” mövzusunda dissertasiya işi müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışam. 

       2014-2017-ci  illər ərzində Sumqayıt Dövlət Universitetinin əvvəlcə “Riyaziyyatın tədrisi metodikası”, daha sonra “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışmışam.

      15.09.2017-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasına işə qəbul olunmuşam. Hal-hazırda “Riyaziyyat və statistika” kafedrasında dosent vəzifəsində çalışıram.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27.09.2017-ci il tarixli qərarı ilə dosent elmi adı verilmişdir.

      20-dən çox elmi məqalənin, 2 dərs vəsaiti, 1 metodik vəsaitin, bir neçə fənn proqramının müəllifiyəm. Dəfələrlə beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuşam.

Ailəliyəm, 3 övladım var.