Müəssisə məlumatları: Rəqəmsal İqtisadiyyat Fakültəsi, Rəqəmsal Texnologiyalar Və Tətbiqi İnformatika Kafedrası, İnformasiya Texnologiyaları Və Kommunikasiya Sistemləri Mühəndisliyi İxtisası
WoS Tədqiqat Sahələri: Computer Science Theory & Methods, Computer Science, Computer Science Information Systems
AVESİS Tədqiqat Sahələri: Computer Education and Instructional Technology, Technical Education, Education in Computer Technology, Education in Electronics and Computer, Database and Data Structures, Data Compression, Computer Science

Nəşrlərdə adlar: Badalova Sevda
Ölçülər

Nəşr

13

Nəşr (WoS)

4

Nəşr (Scopus)

5

İstinad (Scopus)

14

H-indexi (Scopus)

1

Ümumi İstinad Sayısı

14

Dissertasiya məsləhətləşməsi

3

Açıq giriş

6
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. S.A.Bədəlova 1970-ci ildə Xırdalan şəhəri 2 saylı orta məktəbə daxil olmuş və 1980-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Sevda Ağababa qızı Bədəlova 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin «Fizika» fakültəsinə daxil olmuş və  1985-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirərək  fizik ixtisasına yiyələnmişdir.

Ali məktəbi bitirdikdən sonra göndərişlə gənc mütəxəssis kimi Fotoelektronika Elmi-tədqiqat İnstitutuna mühəndis vəzifəsinə qəbul olun­muşdur. O, 1985-1991-ci illər ərzində həmin vəzifədə çalışmışdır.

S.A.Bədəlova 1994-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun «İqtisadi informatika və AİS» kafedrasında laborant, sonra isə baş laborant vəzifəsində işləmişdir. O, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində daxil olmuş və 2002-ci ildə «Maliyyə və kredit» ixtisası üzrə tam yenidən­hazırlanma kursunu müvəffəqiyyətlə bitirərək iqtisadçı ixtisasına yiyələn­mişdir. S.A.Bədəlova 2004-2014-cü illərdə həmin universitetin «Bank işi» kafed­rasında, 2014-2018-ci illərdə «İqtisadi informatika və İKT» kafedrasında baş laborant vəzifəsində işləmişdir. İşlədiyi bu  müddət ərzində saat hesabı dərs yükünü də yerinə yetirmişdir.

2016-cı ildə «İnnovasiya iqtisadiyyatına keçid şəraitində real sektorun inkişafı məsələləri» mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

2018-ci ildən Azərbycan Dövlət İqtisad Universitetinin «Rəqəmsal iqtisadiyyat və İKT» kafedrasında müəllim vəzifəsində çalışmış, 2021-ci ildən isə «Rəqəmsal texnologiyalar və tətbiqi informatika» kafedrasında baş müəllim vəzifəsində çalışır.

Bir sıra respublika və beynəlxalq səviyyəli konfranslarda elmi məruzələrlə çıxış etmişdir.

S.A.Bədəlova universitetdə işlədiyi illər ərzində özünü bacarıqlı işçi kimi göstərərək kollektivin, universitetin müəllim və professor heyətinin, tələbələrin hörmət və rəğbətini qazanmışdır. O, tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlir və ictimai işlərdə fəal iştirak edir.

Ailəlidir.