Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Sənaye Mühəndisliyi İxtisası
WoS Tədqiqat Sahələri: Engineering Computing & Technology (Eng)
AVESİS Tədqiqat Sahələri: Engineering and Technology
Ölçülər

Nəşr

63

İstinad (Scholar)

2

H-indexi (Scholar)

1

Açıq giriş

8
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

1983-cü il aprel ayının 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.  1989-1999-cu illər ərzində 61 saylı orta məktəbdə təhsil almış və qızıl medala layiq görülmüşdür.

1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin “Marketinq” ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildən İqtisad Universitetinin (UNEC) “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim işləyib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında tədris aparmaq üçün təşkil olunmuş müsabiqədən keçmiş və  tədris aparmaqdadır. Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.

2012-ci ilin dekabrında Keyfiyyət Assosasiyası tərəfindən təşkil olunmuş “İSO 9001-2008. Keyfiyyəti idarəetmə sistemi. Daxili audit” təlimi üzrə kursu uğurla bitirərək TÜV Avstriya Türk şirkətinin İstanbul qeydiyyatlı sertifikatına layiq görülmüşdür.

2013-cü ilin dekabr ayında elmi dərəcə qazanmaq üçün UNEC-də fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuş, minimum imtahanlarını uğurla vermis, ilkin müzakirədən keçmiş və tədqiqat işi üzərində çalışmaqdadır.

2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilmiş məqalə müsabiqəsində iştirak etmiş və ikinci yeri qazanmışdır.

2015-ci ildə Texnologiya Transfer Mərkəzi tərəfindən təşkil olunmuş “İxtiraçılığın əsasları və patentləşdirmə” mövzusunda keçirilən kursda iştirak etmişdir.

2016-cı ildə  “Gənclərin Elmi Araşdırmalarına Dəstək”  İctimai Birliyinin təşkil etdiyi  təlimlərə qatılaraq tələbələrdə öyrənmə marağının formalaşdırılması və inkişafı istiqamətində biliklərə yiyələnmişdir.

Həmin ilin sentyabr ayında AR Təhsil Nazirliyinin Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” təlimində uğurla iştirak etmişdir.

2017-ci ildən Tələbə Elmi Cəmiyyətinin “SS (Standartlaşdırma və Sertifikasiya) Club” Tələbə Elmi Klubunun rəhbəridir. Həmin ildə yaranmış Gənc Müəllimlər Şurasının, eyni zamanda YAP-ın üzvüdür.

2018-ci ildə Keyfiyyət Assosiasiyası tərəfindən keçirilmiş “Global G.A.P. və Orqanik Kənd təsərrüfatı” üzrə seminarda iştirak edib sertifikat qazanmışdır.

2019-cu ildə British Council və UNEC tərəfindən təşkil edilmiş kursu uğurla bitirərək B2 səviyyə nəticəsini qazanmışdır (APTIS for Teachers Exam –B2 level).

Özünüinkişaf istiqaməti də daxil olmaqla çox sayda təlim, seminar, treninq və kurslara qatılaraq 50-dən çox sertifikat, diplom, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.

60-dan çox çap olunmuş elmi və metodiki əsərin, o cümlədən 1 metodik göstəriş, 8 tədris proqramı, 1-i “Scopus”  və 8-i “Google Scholar” bazasında olan jurnallarda olmaqla 16-sı xaricdə, 7-si yerli jurnallarda nəşr edilən 23 məqalənin, həmçinin 21-i beynəlxalq, 8-i respublika konfransına təqdim edilməklə 29 tezisin müəllifidir.

2022-ci ilin sentyabr ayından “Mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır.

Ailəlidir, iki oğlu var.