Ümumi Məlumat

Korporativ Akademik dərəcələr: fil.f.d.
Müəssisə məlumatları: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi
Ölçülər

Nəşr

1
Tərcümeyi hal

Mən, Bağırova Sevinc Ağadin qızı, 1970-ci ildə Azərbaycanda anadan olmuşam, azərbaycanlıyam. Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis və alman dilləri fakultəsini 1994-cı ildə bitirmişəm.

1994-1997-ci illərdə Həbib bəy Mahmudbəyov adına texniki-humanitar elmlər litseyində ingilis və alman dillərindən dərs aparmışam.

15.10.1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində Xarici dillər kafedrasında müəllim vəzifəsində çalişıram. İşlədiyim müddətdə ingilis dili fənni üzrə azərbaycan və rus bölmələrində, eksperment qrupda, magistraturada,”Kommersiya və BİM”, “Ucot İqtisad”, “İqtisadiyyatın tənzimlənməsi”, “İnformatika və İdarəetmə” fakultələrində dərs aparmışam.

“British Council” və ”ADA” Unversitetinin birlikdə keçirtdiyi  Business English kursunda 2014-cü ildə iştirak edib sertifikat əldə etmişəm.

Universitetimizə “Fullbright” mübadilə proqramı çərçivəsində ABŞ- dan gəlmiş Sussan Rothman və Hayler Esther Panglenın təşkil etdiyi “General English” kurslarında iştirak etmişəm.

 Müəllimlər institutunda tədrıs interaktivmetoda aid seminar keçirmişəm. "Auditoriyanın ıdarə edilməsi və UNEC müəllımlərının tədrıs bacarıqlarının TESOL (Teaching  English for Speaking of Other Languages),TEFL(Teaching English as a Foreign Language),"The British Council"seminarlarinda,ADA University Business English and Softskills,TKT Modul 1,ADU nun təşkil etdiyi Academic Writing Teacher Training ,TESOL Trainer programlarinda iştirak edib müvafiq olaraq sertifikatlar almışam.

Universitetin gönderişi  ilə Tələbə Qəbul Komissiyasının keçirtdiyi ingilis dili seminarlarında iştirak etmişəm.

Bir cox Umumirespublika va Beynalxalg konfranslarda elmi magalalarla cixis etmisam.

Hal-hazırki vaxta qədər 100-dən artıq məqalə və tezislərin, “İngiliscə - azərbaycanca iqtisadiyyat üzrə terminlər lüğətinin” müəllifiyəm. “International money” kitabının azərbaycan dilinə tərcüməsini və “Business English”(2001) dərs vəsaitini kafedranın əməkdaşları ilə birgə işləmişəm. “Business Enqlish”(2007) dərs vəsaitini, “Business Enqlish” (2008) dərs vəsaiti  prof. A.Abbasova ilə birgə işləmişik. İxtisası iqtisadiyyat təmayüllü ali təhsil müəssisələrində ingilis dilində qramatik zaman kateqoriyalarının tədrisinə aid metodik dərs vəsaiti R.Musayeva ilə birgə işləmişik.

2009-cu ildən Baki Slavyan Universitetinin Klassik Rus Ədəbiyyatı kafedrasının doktoranturasina daxil olub,Filologiya üzrə fəlsəfə doktorluğu dissertasiya mövzusunu tamamlayıb, 2018 ci il ,30mayda mudafiya etmisam .Elmi işimin adı: “Rus romantic ədəbiyyatında islam dəyərləri və müsəlman obrazları”.

24.02.2022-ci tarixdə filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.