Qayibova Sevinc Rafiq qızı 27 may 1972-ci ildə Baki şəhərində anadan olub. 1989-cu ildə 91 saylı orta məktəbi
qızıl medalla bitirib.
1989-cu ildə
M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsinin
türk bölməsinə qəbul olunub. 1994-cü ildə həmin Universiteti fərqlənmə diplomu
ilə bitirib, və filoloq, türk və rus dillləri və ədəbiyyatı müəllimi, tərcüməçi
ixtisasını alıb.
1997-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinə qəbul
olunub və 2001-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirib.
1993-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunın “Rus
dili” kafedrasinda laborant vəzifəsində çalışıb. 1994-1996-cı illərdə həmin kafedrada
baş laborant vəzifəsində çalışıb.
1996-2001-ci
illərdə “Baku Airways” aviaşirkətində
tərcüməçi vəzifəsində çalışıb.
2001-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetinin Rus dili kafedrasında müəllim vəzifəsində çalışıb. 2012-ci ildə
həmin kafedrada baş müəllim vəzifəsinə təyin olunub.
Hal-hazırda ADİU-nin “Xarici
dillər departamenti. Xarici dillərin tədrisi mərkəzində” baş müəllim vəzifəsində
çalışır.
2
dərslik və 40-dan çox məqalələrin müəllifidir.
Ailəlidir,
iki övladı var.
- Elektron poçt
- sevinj_gayibova@unec.edu.az
- Digər E-poçt
- seva72@list.ru
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/sevinj_gayibova